-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi insan alverinin potensial və mövcud qurbanlarının xidmətlərə çıxışını asanlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini dəstəkləyir
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə insan alverinin mövcud və potensial qurbanlarının xidmətlərdən istifadəsini asanlaşdırmaq üçün Bakıdan kənarda olan icmalara, hakimiyyət orqanlarına və vətəndaş cəmiyyəti üzvlərinə təlim keçmək üçün dəstək verir. Bu məqsədlə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi BMqT-nin dəstəyi ilə noyabr və dekabr aylarında beş bölgədə (Cəlilabad, Siyəzən, Saatlı, Şəki və İmişli) “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları" mövzusunda dövrü seminarlar təşkil etmişdir.
Sözügedən bölgələrdəki Mərkəzi Xəstəxanaların ümumilikdə 146 (14 kişi və 132 qadın) səhiyyə işçisi seminarlarda iştirak etmişdir. İnsan alveri qurbanlarına qarşı etik davranış qaydaları pozulduğundan, qurbanlara məhəl qoyulmadığından və insan ləyaqətlərini pozan suallar verildiyindən, AQYM tərəfindən zərər çəkmiş şəxslərin sağlamlıq mərkəzlərinə göndərilməsi zamanı məlumatlılığın artırılmasına ehtiyac olduğu müəyyən edildi. Bu seminarlar səhiyyə işçilərinin insan alveri qurbanlarına qarşı etik müalicə təlimatları və qaydaları, məxfiliyin pozulmasına görə hüquqi məsuliyyətin mövcudluğu haqqında məlumatlarını artırmağa xidmət etmişdir.