-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi ölkəyə könüllü qayıdan miqrantlara reinteqrasiya yardımı üzrə fəaliyyətini genişləndirməkdədir
Azərbaycan Hökuməti bəzi karantin tədbirlərini yumşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq COVİD-19 yayılmasından öncə mənşə ölkəsinə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşlarına ayrılmış reinteqrasiya yardımının istifadəsinə dair məsləhətləşəmə xarakterli görüşlərin təşkili və aidiyyəti yardımların çatdırılmasını bərpa etmişdirlər. May ayı ərzində bu sahələr üzrə statistik rəqəmlər cari ilin əvvəlində olan göstəricilərə çatdırılmışdır.
Belə ki, may ayında KQYR layihəsinin əməkdaşları könüllü qayıdan şəxslərlə 27 nümayəndəlikdə görüş (62 nəfər faydalanmışdır) və 12 virtual görüş (26 nəfər faydalanmışdır) keçirmiş və 31 qeyri-nağd yardımı (55 nəfər faydalanmışdır) çatdırmışdırlar. Qeyd edilən müddətdə 5 şəxs mənzil təminatı, 1 şəxs tibbi yardım, 6 şəxs kiçik biznesin təşkili və 19 şəxs maddi yardımla (avadanlıq və zəruri mebel əşyaları) təmin edilmişdir.
Cari ilin fevral ayından BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 13 şəxsə mənzil təminatı, 13 şəxsə kiçik biznesin təşkili, 57 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları) və 5 şəxsə tibbi yardımla bağlı köməklik göstərilmişdir.
Beləliklə, hazırda BMqT könüllü olaraq İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım xidmətləri göstərir. Təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı ilə yanaşı reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.
Media Coverage
AZERTAC
REPORT
QHTXEBER
FINANCETIME
YENIGUNDEM
REGIONXEBERLERI