Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırdı

BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırdı. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yaşayış şəratini yaxşılaşdırmaqla həmin sığınacaqlarda yerləşdirilmiş insan alveri qurbanlarına və insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməkdə davam edir. Təmir və bərpa işlərinə ümumi təmir, sanitar qurğularının yenilənməsi, pəncərələrin və qapıların quraşdırılması daxildir. Bu, “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza” layihəsi çərçivəsində faydalananlara göstərilən yardımın ümumi keyfiyyətinə əlavə töhfə verir. Layihə ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilir.

Bu günlərdə BMqT-nin Azərbaycan nümayəndəliyi Azərbaycan Uşaqlar Birliyinə məxsus olan sığınacaqda təmir işlərini başa çatdırmış, sığınacada məskunlaşmış uşaqlara dərs tədrisi üçün avadanlıqlar, dəftərxana ləvazimatları təqdim etmişdir. Qeyd edək ki, bundan öncə BMqT təmir işləri aparmaqla paytaxtda və bölgədəki bəzi sığınacaqlarda yaşayış şəraitini daha da yaxşılaşdırmışdır.