Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirdi

BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirdi. Photo: IOM

BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirdi. Photo: IOM

BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirdi. Photo: IOM

BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirdi. Photo: IOM

Dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Zorakı ekstremizm ilə mübarizə: Birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” başlığı altında beynəlxalq konfrans keçirdi. Beynəlxalq konfrans BMqT-nin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində baş tutmuşdur.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev konfransı giriş sözü açaraq ekstremizmin təhlükələri barədə danışıb. Dini, zorakı ekstremizmə qarşı mübarizədə maarifləndirmə, təhsil, savadlanma, profilaktik tədbirlərin olduqca vacib olduğunu qeyd edən V.Gjorgjiev təmsil etdiyi qurumun bu istiqamətdə bir çox layihələr reallaşdırdığını deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikalizm və ekstremizmə diqqəti çəkərək “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunmasının və görülən profilaktik tədbirlərin ölkədə xaricdən dəstəklənən, din adı altında gizlənən ekstremist qrupların baş qaldırmasına imkan vermədiyini qeyd etdi: “Konstitusiyamızda, qanunlarımızda hər hansı bir dinin üstün mövqedə olması öz əksini tapmayıb. Bunun nəticəsidir ki, Respublikamızda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir, 35 qeyri-islam dini icması dövlət qeydiyyatına alınıb”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bildirib ki, ekstremizm sərhədlər tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səy göstərilməsi vacibdir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyası Aylin Loules zorakı ekstremizmin təşəkkül tapmasına yalnız birgə əməkdaşlığın genişləndirilməsi ilə mane olmağın mümkünlüyünü vurğulayıb.

Giriş çıxışlarından sonar zorakı ekstremizm və radikalizmə qarşı mübarizənin hüquqi əsasları, BMqT-nin ölkədə həyata keçirdiyi zorakı ekstremizmin qarşısının alınması komponentli fəaliyyətinin icmalı, zorakı ekstremizmin qarşısının alınmasında icma əsaslı yanaşma, bu sahədə xarici təcrübə, əməkdaşlıq, zorakı ekstremizmlə mübarizədə din təhsilinin rolu, yerlərdə gənclərin dayanıqlığının gücləndirilməsi mövzusunda ekspertlərin çıxışları dinlənilib.

Media Coverage

SIA
AZERTAC
SES
NewsCenter
Musavat
VisionTV
Lent
DQDK
Sesqezeti
APA
Redaktor
Report