Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusunda təlim-seminar keçirdi

BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusunda təlim-seminar keçirdi. Photo: IOM

Noyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusunda bir günlük təlim-seminar keçirdi. İnteraktiv və məlumatlandırıcı təlim-seminar sosial fenomen olan radikallaşmaya dair məlumatlılığı artırmaq və şəxsləri ekstremist cəlbolunmalara açıq edən fərdi həssaslılaqları müzakirə etmək məqsədi daşıyırdı.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev giriş nitqində dövlət qurumları, vətəndaş cəmiyyətini təmsil edən nümayəndələrinin iştirakı ilə keçirilən təlimin zorakı ektremizmin qarşısının alınması üçün göstərilən birgə səylərə töhfə verəcəyinə, iştirakçıları lazımı bilik və bacarıqlarını artırmaqla həsas qrupların arasında radikallaşma prosesinin qarşını almaqda onlara yardımçı olacağına əminliyini bildirdi.

Təlim icma dayanıqlığı və qabaqlayıcı strategiyaların həyata keçirilməsi üzrə Böyük Britaniyalı mütəxəssis cənab Qaffar Husseyn tərəfindən keçirilmişdir. Təlim bu sahədə çalışan peşəkarları radikallaşmanın ilkin xəbərdaredici əlamətlərini erkən müəyyənləşdirmək və müvafiq addımlar atmaq məqsədilə inam formalaşdırmaq üçün zəruri olan bilik və əməli alətlərlə təmin edəcəkdir.

Təlim-seminar BMqT-nin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində keçirilmişdir.

Media Coverage

Azertac
Femida
GundelikInfo
APA
Azertac
XeberOxu