Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk dialoqun işində iştirak edib

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk dialoqun işində iştirak edib. Photo: IOM

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk dialoqun işində iştirak edib. Photo: IOM

2 noyabr tarixində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycanda yaşıl transformasiyaya həsr olunmuş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ilk dialoqun işində iştirak etdi. Tədbir dövlət qurumları, Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı, beynəlxalq maliyyə institutları (BMİ), diplomatik korpus, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrin 100-dən çox nümayəndəsini bir araya gətirib.

Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi, BMT və Dünya Bankının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Azərbaycanın yaşıl inkişaf göstəricilərinə nail olması istiqamətində əldə etdiyi irəliləyişləri nəzərdən keçirib və ölkədə yaşıl transformasiya və DİM-lərə doğru irəliləyişin sürətləndirilməsinə dair əlavə siyasət tədbirlərini müzakirə ediblər.

Onlar “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” və “2022-2026-cı illər üçün Sosial-iqtisadi inkişaf strategiyası”-da ətraf mühitin qorunması və “yaşıl inkişafın” beş prioritetdən biri kimi müəyyən edilməsini alqışlayıblar.

İştirakçılar həmçinin Azərbaycanda yaşıl inkişafın təşviqi üzrə birgə öhdəlikləri müzakirə ediblər, elədəcə də ölkədə yaşıl transformasiya və DİM-lər üzrə irəliləyişin daha da sürətləndirilməsi üçün əsas tövsiyələri vurğulayan qısa analitik yazının hazırlanmasına dair razılıq əldə ediblər.

DİM-lər üzrə ilk dialoqla Milli Əlaqələndirmə Şurasının təşəbbüsü və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, İqtisadiyyat Nazirliyi və Dünya Bankının dəstəyi ilə DİM-lər üzrə dialoq seriyası başlamış oldu. Birinci tədbirin iştirakçıları DİM-lər üzrə ikinci dialoqu Azərbaycanda inklüziv iqtisadi artıma həsr etmək qərarına gəliblər.