-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri məcburi köçkünlərin mövcud sosial-iqtisadi şəraiti və onların gələcək ehtiyaclarının ödənilməsi üçün effektiv yanaşmaların müəyyən edilməsinə həsr olunmuş dəyirmi masa müzakirəsində iştirak etdilər
3 iyun tarixində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş “Məcburi köçkünlərin gəlir imkanlarının dəstəklənməsinə dair dərslərin və ehtiyacların qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masanın işində iştirak etmişdir. Layihənin məqsədi məcburi köçkünlərin mövcud sosial-iqtisadi şəraiti və onların gələcək ehtiyaclarının ödənilməsi üçün effektiv yanaşmaların müəyyənləşdirilməsidir. Bu layihə Dünya Bankının maliyyə dəstəyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Dəyirmi masa zamanı iştirakçılar məcburi köçkünlərin ölkənin əmək bazarına cəlb edilməsi, özünüməşğulluğuna və gəlirlərinin təminatına dəstək sahələrində keçmişdə icra edilən və cari proqramlar, təşəbbüslər, statistik məlumatlar, müxtəlif layihələr barədə lazımi məlumatları bölüşmək və əldə etmək imkanı əldə etdilər.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri məcburi köçkünlərə dəstək üçün təşkilatın təşəbbüsləri və layihələri barədə iştirakçılara məlumat verdi. O, ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə, kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən maliyyələşdirilən və nümayəndəliyin əsas layihələrindən biri olan Kəhrizlərin Bərpası layihəsinə və onun İnteqrasiya edilmiş Kənd İnkişafının əsas komponentinə diqqəti çəkdi. Layihə həmçinin gender, idarəetmə və ekoloji davamlılıq kimi kəsişən məsələlərə xüsusi diqqət yetirməklə, icma əsaslı yanaşma tətbiq edir.
“BMqT-nin Azərbaycan nümayəndəliyi müvafiq beynəlxalq və yerli tərəfdaşlarla sıx əməkdaşlıq edərək, müxtəlif layihələri vasitəsilə məcburi köçkünlərə fəal dəstək verir və biz müxtəlif kontekstlərdə məcburi köçkünlərə yardım göstərməkdə öz mühüm rolumuzu yerinə yetirməyə davam edəcəyik”, - deyə Vladimir Qyorqiyev bildirdi.