Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi BMT və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün keçirilən seminarın işində iştirak edib

BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi BMT və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün keçirilən seminarın işində iştirak edib. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) dəstəklədiyi 2 günlük (16-17 yanvar) seminarın işində iştirak edib. dövlət və BMT rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər təşkilatları, akademik dairələr və kütləvi informasiya vasitələrinin 150-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirin əsas məqsədi 2021-2025-ci illəri əhatə edən BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin (UNSDCF) strateji prioritetlərini müəyyənləşdirməkdir.

Seminarda Azərbaycan Respublikası Baş nazirinin müavini və DİMƏŞ-in sədri Əli Əhmədov, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər vəzifəli rəsmilər çıxış ediblər.

İştirakçılar həmçinin 2030-cu ilə kimi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün Azərbaycanın uzunmüddətli baxışını və BMT-nin bu prosesdə rolunu müzakirə ediblər. Bundan başqa, dayanıqlı inkişafa dair 2030-cu il Gündəliyinin icrasında Azərbaycanın üzləşdiyi problemlərə və onların aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparılmışdır.