Xəbərlər
Local

BMqT-nin Azərbaycandakı Nümayəndəliyi avqust 2022 - yanvar 2023-cü il tarixləri arasında münaqişədən zərər çəkmiş 232 Ukrayna vətəndaşına zəruri yardım və dəstək göstərmişdir

BMqT-nin Azərbaycandakı Nümayəndəliyi avqust 2022 - yanvar 2023-cü il tarixləri arasında münaqişədən zərər çəkmiş 232 Ukrayna vətəndaşına zəruri yardım və dəstək göstərmişdir. Photo: IOM

BMqT-nin Azərbaycandakı Nümayəndəliyi avqust 2022 - yanvar 2023-cü il tarixləri arasında münaqişədən zərər çəkmiş 232 Ukrayna vətəndaşına zəruri yardım və dəstək göstərmişdir. Photo: IOM

Baku - BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi “Azərbaycanda həssas vəziyyətdə olan Ukrayna vətəndaşlarına yardım layihəsi” çərçivəsində hazırda davam edən münaqişədən zərər çəkmiş və Azərbaycanda həssas vəziyyətdə olan Ukrayna vətəndaşlarına dəstək göstərmiş və birdəfəlik nağd yardım vəsaitlərini çatdırmışdır. 6 aylıq layihə müddətində BMqT-nin Azərbaycandakı nümayəndəliyi münaqişədən zərər çəkmiş 201 qadın və 31 kişi olmaqla ümumilikdə 232 Ukrayna vətəndaşına mənzil təminatı, ərzaq və qeyri-ərzaq məhsullarının təmin olunması, həmçinin tibbi yardım və sənədləşmə xərclərinin qarşılanması üçün birdəfəlik çoxməqsədli nağd pul yardımının çatdırılmasını təmin etmişdir.

Bundan əlavə, məlumatlılığın artırılması kampaniyası çərçivəsində BMqT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan və Ukrayn dillərində fərdi müdafiə, gender əsaslı zorakılıq və insan alveri ilə bağlı risklərin qarşısının alınması, fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xətt və əlaqə nömrələrinin əks olunduğu iki növ buklet hazırlamışdır. Miqrasiya Bələdçisi broşürlərində miqrasiya məlumatları, müvəqqəti olma və yaşayış icazəsinin alınması ilə bağlı təlimat və həmçinin, müvafiq elektron dövlət xidmətlərinə çıxış üçün QR kodlar əks olunmuşdur. Maarifləndirici materiallar Bakı və Sumqayıtda yerləşən Ukrayna icması və Ukrayna Mərkəzi ilə keçirilən məlumat sessiyaları zamanı iştirakçılara paylanılmış və digər mümkün vasitələrlə ukraynalı miqrantlara çatdırılmışdır.

Yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu (PRM) tərəfindən maliyyələşdirilən BMqT-nin “Ukrayna və qonşu ölkələr üçün təcili çağırış” regional layihəsi çərçivəsində münaqişədən zərər çəkmiş Ukrayna vətəndaşlarına çatdırılmışdır.

Media Coverage

REPORT
APA
FINANCETIME
AZERTAC
IKISAHIL
BIRXEBER
ORDU
UNNEWS

İn English
FINANCETIME
UNNEWS
AZERTAC