-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin nümayəndələri Fövqəladə Hallar Nazirliyində olublar
Yanvarın 21-də BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev ilə görüşmüşdür.
Görüş zamanı Qyorqiyev təşkilatın ölkədə həyata keçirilən layihələri çərçivəsində nazirliklə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi. O, Fövqəladə Hallar Nazirliyinin BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (İNSARAG) ilə birgə Bakıda keçirdiyi "Zəlzələ hadisələrində cavabvermə tədbirləri" mövzusunda regional təlimin uğurla başa çatması münasibətilə təbrik etdi.
Qyorqiyev BMqT-nin Azərbaycan nümayəndəliyinin BMT-nin Ölkə üzrə komandasının tərkibində təlimlərdə də fəal iştirak etdiyini və BMqT-in Düşərgələrin Koordinasiyası və İdarəedilməsində (CCCM) sektor lideri kimi təcrübələrini bölüşdüyünü bildirdi. Cənab Qyorqiyev BMqT-nin yerdəyişməsini və əhalinin hərəkətliliyini izləyən bir sistem olan Yerdəyişməni İzləmə Matriksi haqqında məlumat verdi və BMqT-nin Azərbaycan nümayəndəliyinin hər iki sahədə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etmək istəyini ifadə etdi.
Öz növbəsində Etibar Mirzəyev BMqT-nin hökümətə verdiyi dəsətəyə və INSARAG-da fəal iştirakına görə Qyorqiyevə təşəkkürünü bildirdi və BMqT ilə əməkdaşlıqda bundan sonra da maraqlı olduqlarını bildirdi. Cənab Mirzəyev qonaqlara nazirliyin ölkədəki fövqəladə hallara cavab tədbirləri və regional əməkdaşlıq təcrübələri məlumat verdi.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bir daha vurğuladılar və qeyd olunan mövzuların müzakirəsi üçün işçi görüşünün davam etdirilməsinə razılıq verdilər.