Xəbərlər
Local

BMqT-nin çap etdirdiyi yeni bələdçi gənclərin zorakı ekstremizmə dayanıqlığını artırmağa kömək edəcək

BMqT-nin çap etdirdiyi yeni bələdçi gənclərin zorakı ekstremizmə dayanıqlığını artırmağa kömək edəcək. Image: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Gənclər Evləri ilə əməkdaşlığı davam etdirir. Layihə fəaliyyətlərindən biri də Gənclər Evləri əməkdaşları üçün zorakı ekstremizm və radikallaşma təhlükəsinə həsas gənclərlə iş üzrə məlumatlılığı artırmaq üçün təlimlərin təşkilini nəzərdə tutur.

Bu məqsədlə, Avropa Gəncləri Məlumatlandırma və Məsləhət Agentliyi (ERYICA) tərəfindən hazırlanmış "Güc Birlikdədir: Gənclərin məlumatlandırılması vasitəsilə zorakı ekstremizmin qarşısının alınması dair bələdçi" adlı xüsusi nəşr Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. Bələdçi gənclərin məlumat mənbələrini senzura və daha da yadlaşma riski olmadan qiymətləndirə bilmələri üçün onlara çevik və tənqidi düşüncə bacarığını öyrətmək üçün müəyyən alətləri özündə cəmləyir. İlk növbədə gənclərlə təmasda olanlar (gənclər sahəsi işçiləri, müəllimlər, sosial işçilər, gənclər təşkilatlarının əməkdaşları və s.) üçün hazırlanmış nəşrdə identilik, müxtəliflilik, digərləri ilə ünsiyyət, media və informasiya savadlılığı və buna bənzər digər mürəkkəb məsələlər də əhatə olunur. Vəsaitdə oxucuya bu kimi mürəkkəb fenomenləri daha yaxşı başa düşməyə imkan verən nəzəri komponent də öz əksini tapmışdır. Bələdçinin onlayn versiyası BMqT-nin Azərbaycan nümayəndəliyinin veb səhifəsində mövcuddur.

Media coverage

Aqreqator
Azertac
Xeberoxu.az
Regionxeberleri