-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Kəhrizlərin bərpası layihəsinin Azərbaycanda Su Ehtiyatlarının Səmərəli İdarə edilməsi ilə bağlı Milli Su Siyasəti Dialoqunun növbəti görüşündə təqdimatı keçirildi
5-6 aprel tarixləri aralığında Azərbaycanda Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçiliyi üzrə Milli Siyasi Dialoqun Təşkilatlararası İdarəetmə Komitəsinin 10-cu iclası keçirildi. Tədbirdə Azərbaycanda su ehtiyatlarının idarə edilməsində iştirak edən aidiyyəti dövlət qurumları, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmiləri, yerli və xarici ekspertlər iştirak edirdi.
Tədbirdə ölkəmizdə su ehtiyatlarının səmərəli idarə edilməsi ilə bağlı görülmüş işlər, elektron informasiya sisteminn yaradılması, su təchizatı infrastrukturunun inkişafı, transsərhəd çayların idarə edilməsi, su ilə bağlı problemlər və prioritetlər, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, suyun inteqrasiyalı idarəçiliyi və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Tədbirin “Su sektorunun maliyyələşdirilməsi üzrə çağırışlar və imkanlara dair Donorların koordinasiyası” başlıqlı 4-cü tematik sessiyasının gedişində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin təqdimatını keçirdi.
Qeyd edək ki, adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiəyədək Ağdam, Goranboy, Füzuli, Göygöl və Qazax rayonları ərazisində 26 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.