Xəbərlər
Local

BMqT-nin nümayəndələri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün Bərdə rayonuna səfər etmişlər

BMqT-nin nümayəndələri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün Bərdə rayonuna səfər etmişlər. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasını həyata keçirtməkdədir. Bu günlərdə BMqT-nin Azərbaycan Nümayəndəliyinin təmsilçiləri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün layihənin həyata keçirildiyi Bərdə rayonunda yerləşən Uğurbəyli kəndinin ərazisində yerləşən kəhrizdə görülən işlərlərlə tanış olmuşlar. Onlar həmçinin layihənin benefisiarı olan kənd sakinləri ilə də görüşmüşlər.

Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.