-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin regional direktoru: "BMqT sülh və inkişafa Qoşulmama Hərəkatının yanaşmasını bölüşür"
Qlobal süll, sabit cəmiyyət, davamlı inkişaf və yaxşı idarə olunan miqrasiya üçün vahid reaksiya vacibdir. Bu, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına daxil dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü üçün əsas ismarıcı idi.
BMqT-nin Cənub-Şərqi Avropa, Şərqi Avropa və Orta Asiya regionları üzrə regional direktoru Argentina Szabados təşkilatın Baş Direktoru Antonio Vitorinonun adından zirvə görüşündə etdiyi çıxışında Qoşulmama Hərəkatının demək olar ki, 60 illik mövcudluğu dövründə daha dinc və firavan bir dünya qurmaq üçün oynadığı vacib rolu yüksək qiymətləndirdi.
120-dən çox dövlət başçısı, baş nazir və onların nümayəndələri qarşısında çıxış edən xanım Szabados BMqT-nin BMT sistemində, o cümlədən BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin əlaqələndirilməsində artırdığı rolunu vurğuladı.
O, öz çıxışında BMqT-nin gələcək strateji baxış və yanaşmasının təkamülünə diqqəti çəkərək bunun miqrantlara və hökumətlərə yaxınlığı ilə səciyyələnən təşkilatın effektivli və məsuliyyətli qurum kimi davamlılığını necə təmin edəcəyini açıqladı.
"Biz üzv ölkələrimizin və digərlərinin dəstəyi ilə müxtəlif miqrasiya problemlərinin həll yollarını təqdim etmək iqtidarındayıq" deməklə xanım Szabados "Biz sizin sülh, firavanlıq və inkişaf haqqında fikirlərinizi bölüşürük" cümləsi ilə çıxışını yekunlaşdırdı.
Qoşulmama Hərəkatı dünyanın inkişaf etməkdə olan 120 üzv dövlətindən ibarət olmaqla Birləşmiş Millətlər Təşkilatından sonra siyasi koordinasiya və məsləhətləşmələr üçün ən böyük forumdur. Qurumun təkribində müşahidəçi statusuna malik 17 ölkə və 10 beynəlxalq təşkilat da var.