-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin təmsilçisi miqrasiya prosesləri və miqrantların hüquqlarının müzakirə edildiyi dəyirmi masanın işində iştirak edib
30 sentyabrda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı və BMT-nin Rezident Əlaqələndiricisinin fəal iştirakı ilə “Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirildi.
Beynəlxalq tərəfdaşlar adından danışan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bu cür tədbirlərin əhəmiyyətini vurğuladı və miqrasiyanın aktuallığından, miqrasiya problemlərindən, eyni zamanda müasir dünyada miqrasiyanın verdiyi imkanlarından danışdı. Bu mənada böyük əhəmiyyətə malik olan və beynəlxalq miqrasiyaya ortaq bir yanaşmanı sərgiləyən "Nizamlı, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə qlobal Saazişin dövlətlər arası ilk razılaşma olduğunu qeyd edən İsakzai onun 2030 Dayanıqlı İnkişaf Gündəliyi ilə sız əlaqəli olduğunu bildirdi.
Ombudsman Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshakzai, Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov tədbirdə çıxış edərək, işin təkmilləşdirilməsinə dair ictimaiyyətin diqqәtinin miqrasiya məsələlərinə yönәldilmәsi və bu sahədə inkişafa nail olunması istiqamətində çevik mexanizmlərin icra edilməsi, bu prosesdə iştirakçılığın, əməkdaşlığın və kütləviliyin vacibliyini vurğulayıblar.
Dəyirmi masada Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev “Miqrantların hüquqlarının təbliği və təmini sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda çıxış edib. BMqT-nin Azərbaycanda ilk nümayəndəliyini 1996-cı ildə açdığını xatırladan Qyorqiyev, Bakı nümayəndəliyinin açılışından bəri BMqT-nin müxtəlif layihələr çərçivəsində ilk növbədə Dövlət Miqrasiya Xidməti, Ombudsman, Əmək və Sosial Siyasət nazirlikləri daxil olmaqla Azərbaycan Hökuməti, BMT-nin agentlikləri, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatlar ilə miqrasiyanın nizamlı idarə edilməsini təmin etmək, miqrantların hüquqlarını qorumaq, nizamsız miqrasiya və insan alverinin qarşısını almaq, miqrasiya problemləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək, miqrantların axtarışında kömək etmək, miqrasiya problemlərinin praktik həlli və ehtiyacı olan miqrantlara, o cümlədən qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərmək sahəsində çox sıx əməkdaşlıq etdiyini dedi. Qyorqiyevin sözlərinə görə 2018-ci ildə Azərbaycan da daxil olmaqla 164 ölkə tərəfindən imzalanmış Miqrasiya üzrə Qlobal Saziş beynəlxalq miqrasiya üzrə idarəetmənin təkmilləşdirilməsi və bugünkü miqrasiya ilə əlaqəli olan imkanların müəyyən olunması və problemlərin həlli üçün bir fürsət oldu.
BMqT-nin mütəxəssisləri tərəfindən hazırlanan Miqrasiya Strategiyası layihəsinin təsdiqlənməsi üçün Dövlət Miqrasiya Xidməti ilə paylaşıldığını xatırladan natiq, bunun səkkiz əsas hədəfi əhatə etdiyini dedi: “Bu məqsədlər institusional potensialın artırılması, miqrasiya ilə əlaqədar tədqiqatların sürətləndirilməsi, ictimai fəallığın təşviq edilməsi, əmək miqrasiyasının idarə edilməsininin gücləndirilməsi, inkişaf üçün diasporla bağlı strategiya hazırlamağı, effektiv inteqrasiya olunmuş sərhəd idarəetməsi üçün struktur və mexanizmləri inkişaf etdirmək, geri qayıdanlar üçün miqrasiya standartlarını inkişaf etdirmək və ayrıseçkiliyin qarşısının alınması, insan haqlarına hörmətin təşviq edilməsidir".
Qyorqiyev gələcək uğurlu əməkdaşlığın Azərbaycanı Miqrasiya və İnsan Haqları sahəsində liderlərdən birinə çevirəcəyinə inandığını bildirdi.
Çıxışlardan sonra Azərbaycanda miqrantların hüquqlarının qorunmasında vətəndaş cəmiyyətinin rolu barədə müzakirələr aparıldı.