-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin və KOICA-nın Azərbaycan nümayəndəliyinin rəhbərləri Ağdam Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüşdür
Baku - Fevralın 16-da Ağdam rayonunda səfərdə olarn Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Koreya Beynəlxalq Əməkdaşlıq agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Moon Jong Hyun rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüşlər. Görüş zamanı Ağdam ərazisində bərpası nəzərdə tutulan kəhrizlərdə aparılan işlərin gedişatı müzakirə edildi. Bildirildi ki, “Şəmsi” (Mirəşelli kəndi), “Çinarlı” (Kolqışlaq, Mirəşelli kəndləri), “Heyvalı-1” (Əhmədağalı, Kolqışlaq kəndləri), “Qozlu” (Bənövşələr qəsəbəsi, Kolqışlaq, Əhmədağalı, Çıraqlı kəndləri), “Xanəhməd” (Kolqışlaq kəndi), “Qurdlu”(Kolqışlaq kəndi) kəhrizlərində bərpa işləri yekunlaşaraq istifadəyə verilmiş, “Vəlibəy”(Baharlı, Mirəşelli, Yusifli kəndləri), “Bala Bino” (Səfərli kəndi), “Heyvalı-2” (Əhmədağalı, Kolqışlaq kəndləri), “Göylən” (Baharlı kəndi) kəhrizlərində isə bərpa işləri davam etdirilir.
Görüş zamanı Vaqif Həsənov heç bir enerji sərf edilmədən rayon əhalisinə xidmət edəcək kəhrizləri bərpa etdiklərinə görə BMqT-nin və Koreya Beynəlxalq Əməkdaşlıq agentliyinin Azərbaycan nümayəndəliklərinin rəhbərliyinə rayon ictimaiyyəti adından minnətdarlıq bildirilmişdir. O cümlədən, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov nümayəndə heyətinə rayon rəhbərliyi tərəfindən gələcəkdə işlərin davam etdirilməsi üçün lazımı dəstəyi göstərəcəyini bildirmişdir.
Vladimir Qyorqiyev Ağdam rayonu ərazisində layihələrin həyata keçirilməsində nümayəndəliyə göstərilən dəstəyə görə Həsənova təşəkkürünü bildirdi.