Xəbərlər
Local

BMqT nümayəndəliyində işçi qrupun ilk görüşü keçirildi

BMqT nümayəndəliyində işçi qrupun ilk görüşü keçirildi. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində Sərnişinlərə dair ilkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri üzrə Qurumlararası İşçi Qrupun ilk iclası keçirildi. Layihə benefisiarları olan Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə grup üzvləri ilə tanışlıq, layihənin tərkib hissələri, və gələcək addımlarla bağlı müzakirələr aparıldı.

Media Coverage

FinanceTime