Xəbərlər
Local

BMqT Səfikürd kəndində İcmanın məlumatlandırılması üçün görüş keçirdi

BMqT Səfikürd kəndində İcmanın məlumatlandırılması üçün görüş keçirdi. Photo: IOM

BMqT Səfikürd kəndində İcmanın məlumatlandırılması üçün görüş keçirdi. Photo: IOM

Oktyabrın 28-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri Goranboy rayonunda yerləşən Səfikürd kəndində yerli icmanın məlumatlandırılması üçün görüş keçirdi. Görüş iştirakçılarına ilk növbədə BMqT haqda, onun ümumi missiyası və təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verildi.

BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə danışdılar. Görüşdə təmir olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulandı. İcma üzvlərinə layihənin mərhələləri (kəşfiyyat-qazma, su nümunələrinin təhlili, texniki qiymətləndirmə, kəhrizin bərpası, suyun paylanması və s.) barədə də məlumat verildi. Tədbirdə həmçinin, icma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün icma üzvlərinin iştirakı ilə kənddə yaradıcılaq Su İstifadəçi Komitəsinin layihənin icrası və sonrakı dövrlərdə vəzifə və öhdəlikləri izah edildi.

Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.