-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMT-nin Miqrasiya üzrə Şəbəkəsi çərçivəsində görülən işlərlə bağlı onlayn koordinasiya iclası keçirildi
2021-ci ilin 31 may tarixində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi BMT-nin Miqrasiya Şəbəkəsi (UNNM) çərçivəsində görülən işlərin və şəbəkənin fəaliyyətinin 2021-2025-ci illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin (UNSDCF 2021-2025) icrası ilə əlaqələndirilməsi imkanlarına dair müzakirələrə həsr olunmuş onlayn koordinasiya iclası təşkil etdi.
Tədbirdə BMT-nin yerli qurumlarının, ölkədə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin təmsilçiləri, həmçinin, əlaqədar rəsmi qurumların məsul işçiləri, QHT-lər, təhsil qurumlarının nümayəndələri iştirak edirdi.
Tədbirin açılış mərasimində BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Qulam İshaqzai, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış etdilər.
Çıxışında Qulam İshaqzai, miqrasiya problemləri ilə məşğul olan tərəfdaş təşkilatlar arasında səmərəli miqrasiya idarəçiliyinə nail olmaq üçün əməkdaşlığın, eyni zamanda, miqrantların və icmaların hüquqlarının və rifahının qorunmasını təmin etmək üçün tutarlı mexanizmləri dəstəkləməyin vacibliyini vurğuladı.
Ötən il ərzində Azərbaycanın Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupunun üzvlüyünə seçilməsi və Hökumət tərəfindən Miqrasiya üzrə Qlobal Sazişin öhdəliklərinin icrası üzrə əldə olunan uğurları qeyd edən Vladimir Qyorqiyev, BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsi çərçivəsində gələcək fəaliyyətlərin Azərbaycanın həm milli, həm regional, həm də qlobal səviyyədə miqrasiya idarəçiliyi sahəsində uğurlarına töhfə verəcəyinə əminliyini bildirdi.
Belə ki, BMT-nin Miqrasiya Şəbəkəsi Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədində göstərilən prioritet sahələri Miqrasiya üzrə Qlobal Sazişin hədəfləri ilə əlaqələndirir, eyni zamanda Şəbəkənin texniki şərtlərində göstərilən hədəflərə uyğunlaşdırır və bu hədəflərə uyğun fəaliyyət planı təklif edir. Bütün bunlar da son nəticədə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağı sürətləndirəcək.
Azərbaycanın BMT-nin Milli Miqrasiya Şəbəkəsini təməlini qoyan ilk ölkələrdən biri olduğunu qeyd edən Vüsal Hüseynov, bu tədbirin Azərbaycanda səmərəli miqrasiya idarəçiliyinə töhfə verəcək yeni fikir və təşəbbüslər üçün bir platforma ola biləcəyinə inandığını bildirdi.
Açılış nitqlərinndən sonra iştirakçılara Miqrasiya Şəbəkəsi çərçivəsində görülən işlər, miqrasiya idarəçiliyi ilə bağlı mövcud əlaqələr, İnkişaf Planını, Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi ilə BMT-nin Miqrasiya Şəbəkəsi arasında sinerji və əlaqələr, BMT-nin ölkə missiyasının miqrasiya fondu (ÇTGF) və digər əməkdaşlıq təşəbbüsləri haqda məlumat verildi və miqrasiya şəbəkəsi ilə bağlı ətraflı müzakirələr aparlıdı.
Media Coverage
NEWSCENTER
AZERTAC
XEBERMEDİA
QHTXEBER
FINANCETIME
SMS
UNAZERBAIJAN