-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMT-nin Miqrasiya üzrə Şəbəkəsi növbəti koordinasiya iclasını keçirdi
Baku - 23 noyabr tarixində BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsi Şəbəkəyə üzv agentliklərin, beynəlxalq təşkilatların, hökumət, vətəndaş cəmiyyəti nümayəndələrinin, akademik dairələrin və özəl sektorun iştirakı ilə növbəti əlaqələndirmə görüşünü keçirmişdir.
Tədbirin açılış mərasimində Şəbəkənin həmsədirləri BMT-nin Azərbaycandakı Əlaqələndirici Koordinatoru Vladanka Andreyea, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və həmçinin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış etdilər. Natiqlər öz çıxışlarında Şəbəkə daxilində birgə fəaliyyətin vacibliyini vurğuladılar.
Vüsal Hüseynovun qeyd etdiyi kimi, “Bu qədər təcrübəli təşkilatları birləşdirən şəbəkə fərq yaratmalıdır”.
Xanım Vladanka Andreyeva miqrasiya fenomeninə diqqət çəkərək vurğuladı ki, “Miqrasiya 2030 Gündəliyinin həyata keçirilməsində və Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin hədəflərinə nail olmaqda bu fenomen dərin köklərə malikdir”.
Daha sonra iştirakçılara BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin 2021-2025-ci illər üçün İnkişaf Planının nəzərdən keçirilməsi prosesi haqda və 31 may 2021-ci il tarixində Şəbəkənin Katibliyi tərəfindən əvvəlki iclasda üzvlərə təqdim olunmuş tərəfdaşların rəyləri barədə məlumat verildi.
İclasın gündəliyi, həmçinin BMqT-nin Baş ofisinn nümayəndəsi cənab Culian Pfaefflin Miqrasiya üzrə Qlobal Sazişin tətbiqi üzrə Qlobal İcmal öncəsi “Beynəlxalq Miqrasiya Baxış Forumu 2022” haqqında giriş təqdimatı, eləcə də “Birgə təşəbbüslər üçün vahid fond kimi Miqrasiya fondu (M-MPTF), Azərbaycanda və regional kontekstdə fonddan faydalanmaq üçün irəliyə doğru addımlar” mövzusunda təqdimatı da əhatə edirdi.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov görüşdən müsbət təəssürat aldığını bildirərək, İnkişaf Planının reallığa çevrilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu vurğuladı.
Tədbirin həmsədri cənab Vladimir Gjorgjiev BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsi əsas məqsədinin Miqrasiya üzrə Qlobal Sazişin həyata keçirilməsində Azərbaycana dəstək vermək üçün BMT-nin səylərini birləşdirmək olduğunu vurğuladı. O, "səmərəli əməkdaşlıq üçün fəaliyyətlərimizi prioritetləşdirməli və daha ətraflı ünsiyyət qurmalıyıq" dedi.
O, öz növbəsində, Şəbəkənin görüşünə qoşulan, onun fəaliyyətində iştirak edən və maraq göstərən BMT Agentlikləri, Aİ Nümayəndəliyi, Avropa Şurası, Almaniya səfirliyini, dövlət qurumlarından Dövlət Miqrasiya Xidməti, Diaspora Komitəsi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, vətəndaş cəmiyyəti təşkilatları, Xəzər Universiteti və BP-nin nümayəndələrinə öz minəttdarlığını bildirdi.
Media Coverage