-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasına üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır
Baku - Azərbaycan Respublikasının ərazisində yaşayan miqrantların cəmiyyətimizə tam sosial inteqrasiyasını təmin etmək üçün əlverişli şəraitin yaradılması, miqrasiya ilə bağlı məsələlərin bütün aspektlərinin həllində ümumcəmiyyət yanaşmasının tətbiqi, o cümlədən miqrantların özlərinin bu prosesə cəlb olunmasının təşviq edilməsi ölkəmizin miqrasiya siyasətinin mühüm istiqamətlərindən biridir.
Yuxarıda qeyd olunan məqsədlərə töhfə verilməsi, eyni zamanda ölkəmizdə yaşayan miqrantların Azərbaycan Respublikasının miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının yaradılması həyata keçirilir.
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvlərinin müəyyənləşdirilməsi məqsədilə 2022-ci ilin 25 fevral tarixinədək namizədlərin qeydiyyatına başlanılır.
Bununla əlaqədar olaraq, uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan, mənsub olduğu dövlətin ölkəmizdə fəaliyyət göstərən icmaları və diaspor təşkilatları ilə sıx təmasları olan, habelə ictimai fəallığı ilə seçilən əcnəbi və vətəndaşlığı olmayan şəxsləri sözügedən Şuranın fəaliyyətində aktiv iştirak etməyə dəvət edirik.
Şuranın üzvlüyünə namizədliyini irəli sürmək niyyətində olan şəxslər tərəfindən aşağıdakı məlumatların təqdim edilməsi vacibdir:
Aidiyyəti üzrə doldurulmuş ərizə-anket forması (nümunəsini buradan əldə edə bilərsiniz https://migration.gov.az/files/uploads/content/61fb7871c77aa.doc)
CV
Miqrant Şurasının tərkibi namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra müəyyənləşdiriləcəkdir.
Namizədlər tələb olunan məlumatları 25 fevral 2022-ci il tarixədək migrantcouncil@migration.gov.az elektron poçtu vasitəsilə təqdim etməlidirlər.
Qeyd: Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.