-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Elektron Readmissiya İşlərinin İdarə Edilməsi Sisteminin istifadəsi: Azərbaycan öz təcrübəsini Kot-d'İvuarla bölüşür
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən qurulmuş və Azərbaycanda Dövlət Miqrasiya Xidməti (DMX) və Xarici İşlər Nazirliyi (XİN) ilə birgə tətbiq edilən Elektron Readmissiya İşlərinin İdarə Edilməsi Sistemi (“eRCMS” və ya “Sistem”) beynəlxalq diqqət cəlb edir. Müxtəlif ölkələr Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə readmissiyanın idarə edilməsini optimallaşdırmaq üçün eRCMS-in istifadəsini nəzərdən keçirir və Azərbaycanın qabaqcıl təcrübəsini öyrənmək istəyir.
10-11 avqust 2023-cü il tarixlərində Kot-d'İvuar Hökumətinin nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Səfərin məqsədi Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda Readmissiya İdarəçiliyinin Gücləndirilməsi” layihəsinin icrası zamanı azərbaycanlı həmkarlar tərəfindən hazır eRCMS platforması və onun tətbiqi ilə bağlı toplanmış ən yaxşı təcrübələri öyrənmək olub.
Miqrasiya və readmissiyanın idarə edilməsi, kimlik və vətəndaşlıq qeydiyyatı, İT layihəsi və məlumatların idarə edilməsi sahəsində çalışan Kot-d'İvuar Xarici İşlər Nazirliyinin və Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri Azərbaycan DMX və XİN rəsmiləri ilə bir sıra görüşlər keçirdi. Müzakirə mövzuları eRCMS-nin işlənib hazırlanması, fərdiləşdirilməsi və tətbiqi edilməsi də daxil olmaqla layihənin planlaşdırılması və daha geniş kontekstdə həyata keçirilməsini əhatə etdi. Azərbaycan Hökumətinin nümayədələri Kot-d'İvuar Hökumətinin nümayəndələri ilə Azərbaycanda readmissiyanın normativ bazası və tendensiyaları kontekstində Sistemin konseptuallaşdırılması, layihələndirilməsi və quraşdırılması prosesində toplanmış biliklərini və ilkin təcrübələrini bölüşdülər. Görüşlər eRCMS funksionallığının nümayişi ilə tamamlandı.
DMX nümayəndə heyətinə rəhbərlik edən Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi cənab Vahid Qəhrəmanov eRCMS-in istifadəsinə qərar verilməsinin səbəblərini izah etdi. Qeyd etdi ki, Sistem readmissiya idarəetməsini daha səmərəli etməklə yanaşı, həmçinin Azərbaycan Hökumətinin tam rəqəmsallaşma və kağız sənədlərsiz idarəçiliyə yönəlmiş əsas strategiyası ilə üst-üstə düşür.
XİN-nin Konsulluq İdarəsinin Vətəndaşlıq Məsələləri Şöbəsinin rəisi cənab Ziya Fətəliyev readmissiyanın idarə edilməsi ilə bağlı mövcud normativ baza, iş prosesləri, təcrübələr, imkanlar və infrastrukturun qiymətləndirilməsi kimi hazırlıq tədbirlərinin vacibliyini vurğuladı. Kot-d'İvuarın hazırda eRCMS-in tətbiqi yolunun başlanğıcında olduğunu nəzərə alaraq, cənab Fətəliyev Azərbaycanda eRCMS-in inkişafının ilkin mərhələlərində planlama prosesində iştirak zamanı toplanılmış praktiki məsləhətlərini bölüşdü.
Kot-d'İvuar Xarici İşlər Nazirliyinin Aparat rəhbəri və nümayəndə heyətinin yüksək vəzifəli üzvü xanım Minata Dieket Nee Sanqanoko Azərbaycanın readmissiyanın idarə edilməsi, o cümlədən eRCMS-in yaradılması sahəsində təcrübəsinin ölkəsi üçün xüsusi maraq kəsb etdiyini vurğuladı.
Kot-d'İvuar nümayəndə heyətinin Azərbaycana eRCMS ilə tanışlıq səfəri səmərli keçdiyinə görə BMqT Azərbaycan və Azərbaycan Hökuməti tərəfdaşları eRCMS-i tətbiq etməyi planlaşdıran digər ölkələri üçün də bu cür səfərlərin təşkilini davam etdirmək barədə razılığa gəldilər.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) tərəfindən EURCAP Mexanizmi vasitəsilə maliyyələşdirilən və BMqT-nin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Readmissiya İdarəçiliyinin Gücləndirilməsi” layihəsi, xüsusilə, Azərbaycan və Aİ üzv dövlətləri arasında readmissiya işlərinin işlənməsini optimallaşdıracaq elektron Readmissiya İşlərinin İdarə Edilməsi Sisteminin (eRCMS) tətbiqi və istismara verilməsi yolu ilə Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi məqsədi daşıyır.
EURCAP Mexanizmi çərçivəsində həmçinin Kot-d’İvuarda “Kot-d’İvuar Hökumətinə Elektron Readmissiya İşlərinin İdarə Edilməsinin təqdim edilməsi” adlı layihə həyata keçirilir.