Xəbərlər
Local

Gənc sahibkar qadın tərəfindən Astara gəncləri üçün yeni imkanlar

Gənc sahibkar qadın tərəfindən Astara gəncləri üçün yeni imkanlar. Photo: IOM

Gənc sahibkar qadın tərəfindən Astara gəncləri üçün yeni imkanlar. Photo: IOM

Gənc sahibkar qadın tərəfindən Astara gəncləri üçün yeni imkanlar. Photo: IOM

28 yaşlı Xanımnisə İsayeva, Azərbaycanın İranla həmsərhəd bölgəsində - Astara şəhərində yaşayan gənc kompüter təlimçisidir. Daha öncə kitabxanaçı kimi çalışmış Xanımnisə uzun müddətdir ki, regiondaki gənclər üçün faydalı olacaq fəaliyyətə başlamaq barədə düşünürdü. 2019-cu ildə Beynəlxalq Miqrasiya Təşkilatının tərəfindən təşkil olunmuş Avropa Kompüter Bilikləri Səviyyə Sertifikatı üzrə (ECDL) peşə bacarıqları təlimlərində iştirak onun xəyalına aparan yolda dönüş nöqtəsi oldu.

ECDL təlimlərini bitirdikdən sonra 2020-ci ildə Xanimnisə kiçik biznesin yaradılması və idarə olunması barədə biliklərini artırmaq üçün biznes təlimlərinə qatıldı. Təlim kurslarına İngilis dili və kompüter bacarıqları modulları da daxil edilmişdi. Bu təlimlər də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunmuşdu.

Kiçik biznes təlimlərinin uğurla başa vurduqdan sonra Xanımnisə Astara şəhəri və ətraf kənd yerlərində gənclərə əlçatan bir ödənişlə kompüter kurslarının açılması təşəbbüsünə maliyyə dəstəyi almaq üçün biznes planla müraciəti etmişdir. 2021-ci ilin may ayında bu biznes plan qəbul edilmiş və ona BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 6 kompüter, noutbuk, proyektor, proyeksiya ekranı, printer təqdim edilmiş və beləliklə bu ianə ona işinə başlamağa imkan vermişdir.

“İştirak etdiyim təlimlər mənə çox şey verdi. Öz kursumu açdım və hazırda Astara Gənclər Evində gənclərə kompüter bilikləri öyrədirəm. Bu layihə həyatımda bir mayak oldu,” deyir Xanımnisə.

Xanımnisə bu kursu açmaqda əsas məqsədinin yerli gənclərin, xüsusən də həssas qruplardan olan qızların kompüter bacarıqlarını öyrənmələrini və qlobal informasiya mənbələrindən istifadə etmələrini təmin etmək olduğunu söyləyir. Onun kompüter otağı Astara və ətraf rayonlardan olan gənclərinin sosiallaşması, yeni bacarıq və qabiliyyətlər qazanması üçün qurulmuş Astara Gənclər Evində yerləşir. Hər ay onun kompüter təlimlərinə 10-a qədər gənc qatılır, lakin Xanımnisə iştirakçıların sayının yaxın gələcəkdə artacağına inanır.

Qeyd olunan layihə çərçivəsində BMqT gənclər üçün biznes təlimləri, gəlir gətirən fəaliyyətlərə istiqamətləndirmə sessiyaları keçirir, həmçinin təlim iştirakçıları tərəfindən təqdim olunmuş və seçilmiş mikro və kiçik biznes planlarına dəstək verir. USAID-in dəstəklədiyi fəaliyyət hədəf ərazilərində əhalinin həssaslığını onların davamlığını artırmaq, yerli əmək bazarında iştiraklarını təmin etməklə, həmçinin ictimai sektor, vətəndaş cəmiyyəti, təshil müəsisələri və özəl sektorda çox tərəfli dialoqun təşviqi yolu azaltmaq məqsədi daşıyır. Bu zaman hədəf sahələrindəki gənclər və həmin gənclərlə işləyən şəxslərə xüsusi diqqət yetirlir. İndiyə qədər layihənin hədəf sahələrində 1050-dən çox yerli gənc qeyd olunan fəaliyyət çərçivəsində göstərilən dəstəkdən birbaşa və ya dolayı yolla faydalanmışdır.