Xəbərlər
Local

Hüquqşünaslar üçün insan alveri, məcburi əməyin qurbanları, həmçinin insan alverinin potensial qurbanlarına yardım mövzusunda təlim

Hüquqşünaslar üçün insan alveri, məcburi əməyin qurbanları, həmçinin insan alverinin potensial qurbanlarına yardım mövzusunda təlim. Image: IOM

BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi ilə sıx əməkdaşlıq şəraitində Hüquqşünaslar üçün hazırlanmış Peşəkar Təlimdə iştiraka çağırır.

4 (dörd) günlük təlim insan alveri, məcburi əməyin qurbanları, həmçinin insan alveri və istismar riski altında olan insanlara və insan alverinin potensial qurbanlarına yardım mövzularını əhatə edir.

Təlim beynəlxalq hüquqşünas, xanım İzabela Silviya Hartmann tərəfindən hazırlanıb. O hüquq sahəsində geniş biliyə və müvafiq mövzuda vəkillərin təlimi üzrə çoxillik təcrübəyə malikdir. Təlimdə həmçinin yerli ekspertlər, xanım Gülşən Salmanova və Ruslan Vəliyev müvafiq sessiya ilə çıxış edəcəkdir.

Təlim 7-10 Sentyabr 2021-ci il tarixlərində Bakıda təşkil olunacaq. Təlimi bitirən vəkillər BMqT-nin Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Vəkillər Kollegiyası tərəfindən sertifikatla təltif olunacaqlar.

Müvafiq mövzu ilə maraqlanan və oxşar sahədə təcrübəyə və təməl biliklərə malik olan hüquqşünasları 11 avqust 2021-ci il tarixinədək müraciət formasını dolduraraq və CV-ni əlavə edərək bakuhr@iom.int ünvanına göndərməklə təlimdə iştirak üçün müraciət etməyə dəvət edirik. Seçim müraciət forması əsasında aparılacaq və təlimə qəbul olunmuş iştirakçılar 31 avqust 2021-ci ilədək elektron poçtla məlumatlandırılacaqlar.