-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir
Fevralın 24-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən tərəfdaşların və sahələrin təhlilini aparmaq, USAID tərəfindən hazırlanmış və maliyyələşdirilən insan alverinə qarşı mübarizə proqramı çərçivəsində layihə ideyasının hazırlanması və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə USAID-in Vaşinqton ofisinin əməkdaşı, insan hüquqları üzrə mütəxəssis Mark Qoldenbaum, USAID-in Azərbaycan bölməsinin İdarəçilik və iqtisadi dayanıqlılıq şöbəsinin layihələrin idarə edilməsi üzrə mütəxəssisi Pərviz Musayev, həmçinin BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin layihə köməkçisi Günel Mehdiyeva ilə görüş keçirilmişdir.
Qonaqları, xüsusən insan hüquqları üzrə mütəxəssis Mark Qoldenbaumu maraqlandıran məsələlər, insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə geniş məlumat verilmiş, bu sahə üzrə preventiv, qurbanların müdafiəsi tədbirlərinə və təlim ehtiyaclarına dair məqamlar, eləcə də gələcək perspektivlər müzakirə edilmiş, suallar cavablandırılmışdır.
Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildirmişdir.