Xəbərlər
Local

IOM Azerbaijan Officially Handed Over Renovated Kahriz to Local Community in Aghdam District

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ağdam rayonunda bərpa olunmuş kəhrizi rəsmi olaraq yerli icmaya təhvil verdi. Photo: IOM

Baku - Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun Əhmədağalı kəndinin ərazisində yerləşən Qurddu kəhrizini bərpa edərək kənd icmasının istifadəsinə verdi.
Su sərfi 17 litr-saniyəyə bərabər olan kəhriz 70 ailəni suvarma suyu ilə təmin edəcəkdir.

Qeyd edək ki, bundan əvvəl rayon ərazisində yerləşən Xanəhməd kəhrizi Kolqışlaq kəndinin icmasının istifadəsinə verilmişdi.
Adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.