Xəbərlər
Local

İşçi qrup Kəhriz Təhqiqat və Məlumat Mərkəzinin yeni saytının hazırlıq işlərini müzakirə etdi

İşçi qrup Kəhriz Təhqiqat və Məlumat Mərkəzinin yeni saytının hazırlıq işlərini müzakirə etdi. Photo: IOM

İşçi qrup Kəhriz Təhqiqat və Məlumat Mərkəzinin yeni saytının hazırlıq işlərini müzakirə etdi. Photo: IOM

İşçi qrup Kəhriz Təhqiqat və Məlumat Mərkəzinin yeni saytının hazırlıq işlərini müzakirə etdi. Photo: IOM

İşçi qrup Kəhriz Təhqiqat və Məlumat Mərkəzinin yeni saytının hazırlıq işlərini müzakirə etdi. Photo: IOM

İşçi qrup Kəhriz Təhqiqat və Məlumat Mərkəzinin yeni saytının hazırlıq işlərini müzakirə etdi. Photo: IOM

18 iyun tarixində Dövlət Aqrar Universitetində (ADAU) yerləşən Kəhriz Təhqiqat və Məlumat Mərkəzində işçi qrupunun görüşü keçirildi. Qrup üzvləri Mərkəzin veb saytının dizaynını (http://www.kahriz.az/) iştirakçılara təqdim etdirdilər, veb saytın məzmununu, həmçinin qarşıdakı seminar materiallarının layihələrini və virtual seminarın keçirilməsinin mümkünlüyünü müzakirə etdilər. ADAU-nun müəllimləri seminar və dərs kitablarının hazırlanma prosesini müzakirə etdilər. Gələn həftə dərs kitablarının məzmununu zənginləşdirmək üçün zəruri məlumatları müzakirə etmək üçün BMqT mühəndisləri ilə Skype görüşünün keçirilməsi qərara alındı.

Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti tərəfindən KOICA tərəfindən maliyyələşdirilən "Kahriz Su Təchizatı Sistemini Yenidən canlandırmaqla Azərbaycanda Məcburi Köçkün İcmalar üçün İnteqrasiya Kənd İnkişafı" layihəsi çərçivəsində yaradılan Kəhriz

Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində birgə yaratdıqları Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında bilik və təcrübələrin mübadiləsi üçün ixtisaslaşmış məkandır. Mərkəzin fəaliyyəti ilə tarixi kəhriz mühəndisliyi peşəsinin sirlərini kənkanlardan (kəhriz ustaları) gələcək nəsl mühəndislərə ötürülməsi və onların da öz növbəsində həmin peşənin mövcud yeni texnalogiyalar əsasında inkişaf etdirməsi mümükün olacaq.

BMqT-inin Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.

Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, biznesin inkişafı və təhsillə özündə cəmləşdirən komponentlərə malikdir.