Xəbərlər
Local

МОМ Азербайджан официально передал отреставрированный кахриз местной общине в Агдамском районе

МОМ Азербайджан официально передал отреставрированный кахриз местной общине в Агдамском районе. Photo: IOM

МОМ Азербайджан официально передал отреставрированный кахриз местной общине в Агдамском районе. Photo: IOM

МОМ Азербайджан официально передал отреставрированный кахриз местной общине в Агдамском районе. Photo: IOM

Baku - Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun ərazisində yerləşən Vəlibəy kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verdi.

Su sərfi 8 litr-saniyəyə bərabər olan kəhriz Baharlı kəndinin əhalisini suvarma suyu ilə təmin edəcəkdir.

Adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.