-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Post-Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunmuş onlayn görüş keçirilib
Baku - 30 iyun tarixində Bakıda dövlət qurumlarının, BMT, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, ekspertlər və digər maraqlı tərəflər üçün Beynəlxalq Miqrasiya İcmalı Forumunun (BMİF) yekunlarına həsr olunmuş onlayn görüş keçirilmişdir. Tədbir iştirakçıların BMİF 2022-yə hazırlıq və iştirakla bağlı, həmçinin Miqrasiya üzrə Qlobal Pakt (MQP) üzrə bacarıqların artırılması mexanizmləri və BMT Miqrasiya Şəbəkəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Ölkə qrupu və BMT-nin ölkə üzrə Miqrasiya Şəbəkəsi vasitəsilə göstərilən dəstəklə bağlı rəylərin alınması və bölüşməsi üçün nəzərdə tutulmuşdur.
Açılış nitqində BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Miqrasiya İcmalı Forumunun işində fəal iştirakını vurğuladı və bunun Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı səmərəli əməkdaşlığının, həmçinin hər iki qurumun rəhbərlərinin şəxsi səylərinin nəticəsi olduğunu qeyd etdi.
BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev öz çıxışında qeyd etdi ki, növbəti Miqrasiya Forumlarının potensialın tam icrası üçün iştirakçıların rəylərinin hərtərəfli nəzərə alınması və başlıcası, Miqrasiya üzrə Qlobal Paktın faydalarının yerli, milli, regional və beynəlxalq səviyyyədə tərənnüm olunması vacibdir.
O, Azərbaycan hökumətinin və dövlət təşkilatlarının miqrasiya, miqrasiya siyasəti sahəsində rolunu, həmçinin Qlobal Paktın həyata keçirilməsinə töhfələrini yüksək qiymətləndirdi. Onun fikrincə, Azərbaycan miqrasiya sahəsində aktivliyə görə regionda liderdir. Cənab Qyorqiyev, həmçinin BMqT-nin dövlət qurumları ilə hazırda əməkdaşlıq etdiyi Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması, pul köçürmələri axınının rəqəmsallaşdırılması, məlumatların toplanması və təhlili, dövlət iqtisadiyyatının şaxələndirilməsinə töhfə vermək üçün diaspor və özəl sektoru daha sıx tərəfdaşlığa cəlb edilməsi kimi fəaliyyətlərin BMİF 2022-nin Tərəqqi Bəyannaməsinin fəaliyyət nöqtələri ilə uzlaşdığını qeyd etdi.
Görüşdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov BMİF-nin Qlobal Paktın icrasını qiymətləndirmək və gələcək perspektivlərini müzakirə etmək üçün vacib tədbir olduğunu vurğuladı. Azərbaycan Respublikasının “Çempion ölkə” kimi müəyyən edilmiş 33 ölkədən biri olaraq Forumda iştirak etdiyini qeyd edən Xidmət rəisi, həmin çərçivədə keçirilən bütün müzakirələrin bu istiqamətdə atılacaq növbəti addımların müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını bildirdi. O, bu görüşdə səslənən ideya və təkliflərin Miqrasiya üzrə Qlobal Paktın Azərbaycanda uğurla həyata keçirilməsi prosesinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Miqasiya Xidməti yanında İctimai Şuranın sədri cənab Azər Allahverənov öz çıxışında BMİF prosesində iştirakla (məsələn, hazırlıq və akkreditasiya zamanı) bağlı fikirlərini bölüşdü və Tərəqqi Bəyannaməsinin məqsədlərinə çatmaqda vətəndaş cəmiyyətinin oynaya biləcəyi rolu vurğuladı. O, BMİF-in başlanğıc olduğunu və gələcəkdə atılacaq addımların konkret olaraq təyin olunması və ona əməl edilməli olduğu barədə tərəfdaşların fikirlərini diqqətə çatdırdı.
Sonda iştirakçılar Azərbaycanda Miqrasiya Şəbəkəsinin İş Planının layihəsini BMİF-in Tərəqqi Bəyannaməsində müəyyən edilmiş fəaliyyət bəndlərinə uyğunlaşdırılması və konkret fəaliyyətlər üzrə razılıq əldə etmək üçün yaxın gələcəkdə bir araya gəlmək barədə razılığa gəldilər.
Media Coverage