Xəbərlər
Local

Rəqəmsal texnologiyalar inkişafın gələcəyidir

Rəqəmsal texnologiyalar inkişafın gələcəyidir. Photo: IOM

Beynəlxalq Ailəvi Pul Köçürmələri Günündə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renata Held və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) Qlobal Proqram Meneceri Simone Qiqer, maliyyə sektorunun pandemiyadan qurtulmağa necə töhfə verə biləcəyi barədə fikirlərini bizimlə bölüşdülər

"Uğursuzluq köməyi olmadan uğur baş verməzdi".

COVID-19 pandemiyası zamanı miqrant işçilərin və ailələrinin üzləşdikləri ağır vəziyyətdən çıxış yolu tapmağa çalışarkən bu deyimi xatırlayırıq.

Dövlət sərhədləri bağlandıqca və miqrant əməyindən ən çox asılı olan sənaye müəssisələri fəaliyyətini dayandırdıqca Orta Asiya və Rusiya Federasiyasında geniş əmək miqrasiya şəbəkələri fəaliyyətini dayandırdı, ÜDM-nin 30% -ə qədəri pul köçürmələrindən ibarət olan dövlətlərin iqtisadiyyatı isə milyonlarla dollar itirdi.

Bu regiondakı miqrasiya yalnız bir seçim deyil, eyni zamanda bir zərurətdir. On milyon miqranta ev sahibliyi edən Rusiya Federasiyası bütün kvalifikasiya səviyyələrindəki iş yerlərini doldurmaq üçün xarici işçi qüvvəsinə ehtiyac duyur. Bir çox Orta Asiya ölkəsi əmək miqrasiyasını bir məşğulluq strategiyası, pul köçürmələrini isə dövlətlərin sosial-iqtisadi inkişafına əsas töhfə kimi qiymətləndirir. Onlar yoxsulluğun 5%-ə qədər azalmasına kömək edir və ən yoxsul bölgələrin maddi dəstəyini təmin edirlər.

COVID-19 pandemiyasının iqtisadi təsirləri fonunda pul köçürmələri məhz onlara çox ehtiyac olduqda kəskin azaldı. Pul köçürmələrinin həcmi 2020-ci ildə qlobal olaraq 2,4% azalsa da Avropa və Orta Asiyada bu 10% azalıb.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) tərəfindən nəşr olunan yeni bir araşdırma göstərir ki, Rusiya Federasiyasında yaşayan hər üç Orta Asiya miqrantından ikisinin pandemiyanın təsirlərindən zərər çəkib. Rəyi soruşulan miqrantların 77% -i ya vətənlərinə göndərilən pul miqdarını azaltmağa, ya da pul köçürmələrini göndərməməyə məcbur olduqlarını qeyd ediblər, qadın respondentlərin cavablarına görə onların vəziyyətləri xüsusilə pisləşib.

COVID-19-un nəticələri dərhal və təsirli bir humanitar reaksiya tələb etdi. BMqT və SDC 3000-dən çox miqranta və ailəsinə ünvanlı humanitar yardım göstərmişdir; təşkilatlar bu həssas miqrant qruplarının təhlükəsiz və etibarlı pul köçürmə mexanizmlərinə çıxışını təmin etmək üçün də səy göstərdilər.

Eyni zamanda, dünyada milyonlarla ailəni dəstəkləyən vasitə kimi pul köçürmələrinin vacibliyi, onların aşağı və orta gəlirli iqtisadiyyatlardakı rolları barədə məlumatlılığı artırmaq üçün məqsədyönlü təşviqat səylərinə ehtiyac olduğu aydın oldu. İsveçrə və İngiltərə BMqT və digər beynəlxalq təşkilatlarla birlikdə dövlət qurumlarına və müəssisələrə pandemiya ilə bağlı karantin zamanı pul köçürmə sistemlərini dəstəkləməyə çağırış etdilər.

Pul köçürmələrinin insanları yoxsulluqdan qurtara biləcəyi çoxdan məlum idi, yalnız ötən il bu köçürmələrinin ev təsərrüfatlarının xilas edilməsində və iqtisadiyyatı dəstəkləmədə nə qədər əhəmiyyətli olduğunu göstərdi. COVID-19 pandemiyası yeni bir sual qabartdı: pul köçürmələrinin böhran dövründə dayanıqlılıq aləti və inkişaf üçün katalizator kimi əsas rolunu gücləndirmək üçün nə etmək olar.
Bu gün Beynəlxalq Ailə Köçürmələri Günündə bu problemin həlli yollarını müzakirə edə bilərik.

BMqT və SDC hesab edir ki, pul köçürmələri sistemləri miqrantların, onların ailələrinin və icmalarımızın xeyrinə inkişaf etdirilə bilər və inkişaf etdirilməlidir ki, pul köçürmələri icmalardakı həyat səviyyəsini yüksəltməyə və davamlı gəlir mənbələrinin yaradılmasına kömək etsin.
Rəy sorğusu zamanı evlərinə qayıdan miqrantlardan nəyə görəsə peşman olduqlarını soruşduq və ən çox verilən cavab bu oldu: "Pulumu daha yaxşı idarə edə bilsəydim, daha çox qənaət edə bilərdim".

Rəqəmsal inqilab pul köçürmələrindən sərfəli maliyyə məhsulları və xidmətlərindən istifadə üçün və nəticədə Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaq üçün geniş imkanlar açır.

Rusiya Federasiyasındakı rəyi soruşulan Orta Asiya miqrantların demək olar ki, 61%-i evlərinə pul köçürmələri üçün rəqəmsal platformalardan istifadə edirlər. Lakin, Orta Asiyada pul köçürmələri alanların əksəriyyəti hələ də nağd pulu operatorların ofislərindən və ya banklardan almağı üstün tuturlar. Çox vaxt onlar maliyyə savadlılığını artırma proqramları, sığorta proqramları və ya əmanət hesabları kimi digər maliyyə xidmətlərindən istifadə edə bilmirlər.

Rəqəmsal sənədlər və maliyyə xidmətləri pul göndərilməsini və qəbulunu asanlaşdıra bilər və pul köçürmə sistemlərinin rəqəmsallaşdırılmasının yayılması üçün lazım olan infrastruktur bölgədə artıq mövcuddur. Rusiya Federasiyasında rəyi soruşulan beş Orta Asiya miqrantından dördünün smart telefonları və İnternetə çıxışı və bank kartları var.

Pul köçürmələri alanların bu növ xidmətdən daha rahatlıqla istifadə etmələri üçün onların hələ də mövcüd olan vərdişlərini dəyişdirməyə ehtiyac var. Araşdırmamız nəticəsində bölgədəki rəqəmsal platformalar vasitəsi ilə pul almağa üstünlük verən respondentlərin yalnız 29%-inin həqiqətən elektron qaydada pul köçürmələri aldıqları müəyyən edilmişdir. Bu, aradan qaldırılması lazım olan ciddi boşluqdur.

Bu işdə əsas tərəfdaş banklar olacaq. Məhz banklar müvafiq məhsul və xidmətlər yaratmaq üçün miqrantların və onların ailələrinin təlabatlarını və şərtlərini öyrənməlidirlər. Pandemiya və onunla əlaqədar məhdudiyyətlər dövründə Beynəlxalq Miqrasiya Təşkilatı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi dövlət və kommersiya bankları ilə tərəfdaşlıq ittifaqları qurmağa başladılar.

BMqT və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) hesab edir ki, pul köçürmələrinin dolanışıq üçün davamlı gəlir mənbəyinə çevrilməsinə daha təsirli bir töhfə olması üçün miqrantların, onların ailələrinin və icmaların xeyrinə maliyyə ekosistemləri inkişaf etdirilməlidir.

Fəaliyyətimiz böhran vəziyyətinin miqrantların və onların ailələrinin rəqəmsallaşmanın üstünlüklərindən faydalanmasını təmin etmək və son nəticədə onların problemlərinin uğurla həllinə yönəlmək üçün bir fürsət kimi istifadə oluna biləcəyini bəyan etməyə imkan verir.