Xəbərlər
Local

Tələbələr Azərbaycandakı Beynəlxalq Miqrasiya Təşkilatını özləri üçün kəşf edir

Tələbələr Azərbaycandakı Beynəlxalq Miqrasiya Təşkilatını özləri üçün kəşf edir. Photo: IOM

2020-ci ilin yanvar ayının 18-i tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qyorqiyevin Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları olan tələbələrlə görüşərək onlar üçün təmsil etdiyi təşkilatın təqdimatını keçirmişdir.

Çıxışında cənab Qyorqiyev iştirakçılara BMqT-nin tarixi, prinsipləri, təşkilatın qlobal layihələri, beynəlxalq, regional və ölkə daxili məsələlərdə onun rolu, nailiyyətləri, beynəlxalq və regional miqrasiya prosesləri, miqrantların potensialları və onların cəmiyyətə töhfəsi barədə ətraflı məlumatlar verdi. Tələbələr BMqT-nin Azərbaycandakı Missiyasının ölkəmizdə həyata keçirdiyi və yerli qanunvericiliyin təkmilləşdirilməsi, sərhədlərin idarə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, icmaların inkişafı, miqrantların könüllü qaytarılması və reinteqrasiyası, kəhrizlərin bərpasını nəzərdə tutan layihələrə böyük maraq göstərmişlər.

Tədbirin sonunda Vladimir Qyorqiyev iştirakçıların suallarını cavablandırdı.