-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Türkiyədə miqrasiya mövzusunda 2 günlük təlim sessiyası keçirilib
13-14 oktyabr 2022-ci il tarixlərində Tükiyənin paytaxtı Ankarada Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Türkiyə və Azərbaycandakı nümayəndəliklərinin birgə təşkilatçılığı ilə iki günlük təlim və təqdimat sessiyası keçirilib.
Tədbir Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondu tərəfindən maliyyələşdirilən Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) layihəsi çərçivəsində təşkil edilib. Layihənin məqsədi miqrasiyanın idarə edilməsi üzrə regional təlim imkanlarının və əməkdaşlığın genişləndirilməsi, təhlükəsiz miqrasiyanın təmin edilməsi üçün onun idarə olunması sahəsində qabaqcıl təcrübələrin və ən uğurlu nümunələrin bölüşülməsidir.
Müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə keçirilən tədbir IOM Azərbaycanın layihə koordinatoru Mətanət Qəhrəmanovanın MRTM layihəsinin gələcək perspektivlərinə dair giriş nitqi ilə başlayıb. Daha sonra IOM məsləhətçisi İzabel Astor MRTM kurrikulumu mövzusunda qısa təqdimat edib.
Tədbirin əsas hissəsində IOM Türkiyənin əmək miqrasiyası və insan inkişafı bölməsinin rəhbəri Yelda Devlet Karapınar beynəlxalq miqrasiyaya giriş mövzusunda danışıb.
MRTM təlimçisi Ali Can Sarıca qeyri-qanuni miqrasiyanın qarşısının alınmasının zəruriliyi, miqrasiya üzrə beynəlxalq və regional hüquq və siyasət çərçivələri, qeyri-qanuni miqrasiya ilə mübarizədə beynəlxalq və regional əməkdaşlıq və bu sahədəki uğurlu təcrübələr üzrə təqdimatlarla çıxış edib.
Öz təqdimatı zamanı Serra Albayrakoğlu iştirakçıları prossesual təminatlar, miqrasiya prosesində həssas şəxslərin müəyyən edilməsi, eyni zamanda beynəlxalq qorunmaya müraciət etməli olan şəxslərin yönləndirilməsi mövzularında məlumatlandırıb.
Təlim sessiyasının iştirakçıları Türkiyənin Miqrasiya İdarəsi Baş Müdirliyinin nümayəndəsi . Hünkar Burkan İbinin könüllü qayıdışa yardım və reinteqrasiya və davamlı reinteqrasiya mövzusunda çıxışını dinləyiblər.
Miqrasiya İdarəsi Baş Müdirliyinin nümayəndəsi Ekin Sevil Gürünlü iştirakçılara qaçaqmalçılıq və insan alveri qurbanlarının qorunması və Miqrasiya İdarəsi Baş Müdirliyinin insan alveri ilə mübarizədəki rolundan danışıb.
İzabel Astorun “Yumşaq təlim bacarıqları. Təlimçilər üçün təlim sisteminin komponentləri və təlimçinin rolu” mövzusunda təqdimat edib.
Bundan əvvəl isə IOM Azərbaycan Bakıda və Daşkənddə oxşar mövzularda iki günlük təlim təlim sessiyası keçirib.