-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Xaçmazdan olan dərzi yerli sakinlər üçün təmənnasız tibbi maskaları tikmək kimi təşəbbüslə çıxış edib
Azərbaycanın Xaçmaz rayonundan olan dərzi Aynur Ağabalayeva yerli insanlar üçün tibb maskaları tikməyə başlayıb. Beynəlalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsi çərçivəsində xanım Ağabalayevaya moda evinin inkişafı üçün təqdim olunmuş tikiş maşınları və özünün parça materiallarından istifadə etməklə o, və işçiləri yüzlərlə üz maskaları hazırlayaraq yerli sakinlər arasında paylayıblar.
Aynur Ağabalayeva dərzi atelyesinin xəstəxananın yaxınlığında olduğunu və üz maskaları olmayan bəzi xəstələrin xəstəxanaya buraxılmadığının şahidi olduğunu bildirdi: “Koronavirus pandemiyası Xaçmazda da üz maskaları çatışmazlığına səbəb olub. Buna görə üz maskalarını tikib insanlara paylamaq qərarına gəldim ki, onlar tibbi müayinələrdən keçmək imkanı qazansınlar".
O, digər dərzilərin də bu təşəbbüsə qoşulacağına inandığını qeyd etdi.
BMqT-nin Azərbaycan nümayəndəliyi 2018-ci ildən etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsini həyata keçirir. Bu layihə həssaslığı ilə seçilən əhali qruplarının tənzimlənməyən miqrasiya, insan alveri, əməyin istismarı, məcburi əmək, eləcə də, zorakı ekstremizm və radikallaşma qurbanına çevrilməsinin qarşısının alınması, onların sosial-iqtisadi rifahının artırılması məqsədini daşıyır.
Media Coverage