Xəbərlər
Local

Xəyallar gerçəkləşəndə - BMqT Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi layihənin benefisiarının uğur hekayyəsi

Xəyallar gerçəkləşəndə - BMqT Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi layihənin benefisiarının uğur hekayyəsi. Photo: IOM

Xəyallar gerçəkləşəndə - BMqT Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi layihənin benefisiarının uğur hekayyəsi. Photo: IOM

Xəyallar gerçəkləşəndə - BMqT Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi layihənin benefisiarının uğur hekayyəsi. Photo: IOM

Xəyallar gerçəkləşəndə - BMqT Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi layihənin benefisiarının uğur hekayyəsi. Photo: IOM

Xəyallar gerçəkləşəndə - BMqT Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi layihənin benefisiarının uğur hekayyəsi. Photo: IOM

Aynur Ağabalayeva - gənc, pozitiv və özünə inamlı bir xanımın həyatı Beynəlxalq Miqrasiya Təşkilatının ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəyə qoşulduqdan sonra təmamilə dəyişmişdir. Hazırda o, uğurlu biznes sahibidir.

Aynur xanımın uğura doğru yolu heç də asan olmamışdır. Bundan əvvəl o, kənddəki evindən az gəlirə çalışır, işsizlikdən əziyyət çəkirdi. Onun yalnız qonşuluqdakı insanlar üçün paltar tikdiyi köhnə bir tikiş maşını var idi.

Aynur xanım nəql edərək deyir: "13 il əvvəl dərziliyə başlamışam və qazanc əldə etmək üçün bacarıqlarımdan istifadə etmişəm. Təcrübəm olsa da tikiş maşınım köhnə olduğundan yüksək keyfiyyətli paltarları tikə bilmirdim. Buna görə qazancım az idi və yeni tikiş maşını almağa isə pulum çatmırdı".

Lakin bir gün BMqT-nin Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsi haqqında məlumat əldə etdikdən sonra onun həyatı dəyişəcəkdi. O, kiçik biznes planlarının hazırlanması üzrə BMqT-nin Quba şəhərində keçirdiyi üç günlük təlimdə iştirak etdi. Təlimin ardından özünün hazırladığı biznes planını qiymətləndirmə üçün təqdim etdi.

“Bir gün BMqT-nin əməkdaşı zəng vurdu və hazırladığım biznes planın bəyənildiyini deyərək məni təbrik etdi. Daha sonra mənə kiçik bir biznesin qurulmasında fərdi ehtiyaclarımı nəzərə alaraq qrant verildi” deyir Aynur xanım.

Aldığı qrant sayəsində açdığı yeni bir dərzi sexi üçün peşəkar tikiş maşınları əldə edə bildi. Əvvəlcə tək işlədi, amma qısa müddətdə moda evi keyfiyyətli məhsulu və əlverişli qiymətləri ilə ətrafda tanındı və o, işçilər və təcrübəçilər işə götürməyə başladı. Hazırda Aynur xanım işçiləri olan digər 3 xanımın da ayaq üstə durmalarına kömək edib.

BMqT-nin layihəsi çərçivəsində qurduğu biznesdə qazandığı təcrübəsini bir gün geniş auditoriya arasında bölüşmək imkanı da əldə etdi. 2019-cu ilin oktyabr ayının 24-də BMT Günü ilə əlaqədar ADA Universitetində keçirilən xüsusi tədbirdə hökumət, diplomatik nümayəndəlik, vətəndaş cəmiyyəti, akademiya və kütləvi informasiya vasitələrini təmsil edən 250-ə yaxın auditoriya qarşısında çıxış edən Aynur xanım öz uğur hekayəsini onlarla bölüşdü.

İşinin uğurundan məmnun qalan xanım biznesini böyütməyi düşünür. "Məqsədim moda evimi daha çox işçisi və çoxlu müştərisi olan paytaxtdakı butik salonuna çevirməkdir" deyir Aynur xanım.

BMqT-nin Azərbaycan nümayəndəliyi 2018-ci ildən etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsini həyata keçirir. Bu layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərdən biri də həssaslığı ilə seçilən icma üzvlərinin dolanışığını təmin etmək üçün onların gəlir gətirən fəaliyyətlərə çıxışını dəstəkləməkdir.

2020-ci ilin mart ayında Azərbaycanda xəbər agentlikləri və televiziya kanallarında yerli icma üzvləri üçün təmənnasız parça maskaları istehsal etmək təşəbbüsü ilə bağlı xəbərləri yayımladıqdan sonra bir çoxları Xaçmaz rayonunun Gimilqışlaq kəndindən olan dərzi xanım Aynur Ağabalayeva haqqında öyrəndilər (https://lnkd.in/eCvcEnN). Azərbaycanda koronavirusun yayılması başlayandan qoruyucu maskaların qıtlığı səbəbindən Aynur xanım və işçiləri 3000-dən çox parça maskası istehsal edərək ehtiyacı olan yerli vətəndaşlara pulsuz olaraq təqdim etdilər. Bu maskalar standart tibbi maskaları olmasa da çöldə gedərkən ağız və burunları örtmək üçün ümumi tövsiyəyə uyğundur.

P.S. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qeyd edir ki, parçadan istehsal olunan üz örtükləri virusu olan lakin bundan xəbərsiz olan şəxslərin virusu yaymasını yavaşlayır (https://lnkd.in/gpPSrta). Maska taxsanız belə tez-tez əl yumaq, üzə toxunmamaq və digər şəxslərlə iki metr məsafə saxlamaq vacibdir.