-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
İş yerinə təhlükəsiz qayıdış üçün BMqT tərəfindən yeni yanaşma
Aprelin 27-də Azərbaycan Hökuməti bəzi karantin tədbirlərini yumşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq bəzi fəaliyyətlərini yenidən nəzərdən keçirmişdir. Pandemiyadan öncə könüllü Azərbaycana qayıtmış vətəndaşlara məsləhət xidməti və reinteqrasiya yardımını həyata keçirməyə başlamışdır. Bununla yanaşı, ofisə təhlükəsiz qayıdışın təşkili yeni bir yanaşma tələb etmişdir. Birinci mərhələdə, kompromis variant kimi əməkdaşların bir qismi iş yerinə qayıdarkən, digərləri vəzifələrini evdən icra etməkdə davam edirlər, digər tərəfdən əməkdaşlar üçün ayrılmış iş masaları arasında zəruri məsafə nəzərə alınmış və fərdi qoruyucu vasitələrin (maska və əlcəklərin) istifadəsi təmin olunmuşdur.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev əməkdaşların və ziyarətçilərin təhlükəsizliyinin təmin olunmasının onlar üçün önəmli olduğunu qeyd edir: "Biz davamlı olaraq COVID-19 ilə bağlı son məlumatları izləyir, tövsiyələrə əməl edirik və bütün işçilərin eyni vaxtda işə qayıtmamağını təşkil etməklə əməkdaşların özlərini təhlükəsiz hiss etmələri üçün şərait yaratmağa çalışırıq".
Əməkdaşların təhlükəsiz şəkildə işlərini icra etmələri üçün BMqT-də görülən əlavə qoruyucu tədbirlər arasında işçilərin və binaya daxil olan qonaqların temperaturunun yoxlanılması, Ümumdünya Səhiyyə Təşkilatının COVİD-lə bağlı tövsiyə və qaydaları, gigiyena prosedurlarını əks etdirən posterlərin ofisdə yerləşdirilməsi, əməkdaşların üz maskaları, əlcəklər, əl üçün təmizləyici vasitələr kimi qoruyucu ləvazimatlarla təmin olunmasını göstərmək olar.
Hazırda fəaliyyətini bərpa edən Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları yoluxma riskini azaltmaq üçün könüllü qayıdan Azərbaycan vətəndaşları ilə fərdi görüşləri qoruyucu arakəsmə arxasında keçirirlər.
Könüllü Qayıdışa Yardım və Reinteqrasiya üzrə Əlaqələndirici şəxs İlyas Nəbiyev bu görüşlər zamanı bütün zəruri qoruyucu tədbirlərin görüldüyünü qeyd etmişdir: "Pandemiyanın ilk dövründə biz bütün görüşləri müvəqqəti dayandırdıq, lakin fərdi üzbəüz görüşlər layihəmizin vacib bir hissəsi olduğuna görə işçiləri qorumaq və iş yerində koronovirusun yayılma ehtimalını minimuma endirmək üçün ÜST-ün tövsiyələrinə və qaydalarına əməl etməklə tədricən görüşlərə yenidən start verdik”.
Beləliklə, BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq vətənə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı ilə bağlı fəaliyyətini davam etdirir. Nümayəndəlik hazırda İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım fəaliyyətini göstərir. Reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı ilə yanaşı, məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.
Media Coverage
UNAZERBAIJAN
YENIGUNDEM
FINANCETIME
UNAZFACEBOOK