Xəbərlər
Local

Ağdam şəhərində Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilib

Martın 16-da Ağdam səhərində Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında İllik yüksək səviyyəli strateji məsləhətləşmələr keçirildi.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin də qatıldığı və 35-dən çox hökumət və BMT rəsmisini iştirak etdiyi tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasının daha da sürətləndirilməsi, bu prosesdə uğurla həyata keçirilən azad edilmiş ərazilərin bərpa və yenidənqurma işlərinin rolu, minatəmizləmə və onun DİM-lərə təsiri, ətraf mühitin qorunması və su ehtiyatlarının səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender və ölkəmizin BMT ilə digər əməkdaşlıq istiqamətləri diqqət mərkəzində oldu.

Tədbirin yekununda “Heydər Əliyev İli” çərçivəsində Ağdam şəhərində ağacəkmə aksiyası keçirilib.