-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Artıq Kanada Viza Müraciət Mərkəzində biometrik məlumatların təqdim edilməsi üçün görüş vaxtının təyin edilməsi məcburidir
Kanada Hökuməti üçün Azərbaycanda viza müraciətçilərinə texniki dəstək göstərən və VFS Global şirkəti ilə birgə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi tərəfindən idarə edilən Kanada Viza Müraciət Mərkəzi (CVAC) yeni ünvanda - Yasamal rayonu, İzmir küçəsi, 23-də yerləşən ofisində (Hyyat Reygency mehmanxanasının yaxınlığında) fəaliyyətini davam etdirir.
02 Noyabr 2019 tarixindən etibarən Azərbaycanda yerləşən Kanada Viza Müraciət Mərkəzində biometrik məlumatların təqdim edilməsi üçün görüş vaxtının təyin edilməsi məcburidir.
Biometrik məlumatların tələb edilməsini yoxlamaq üçün daxil olun: http://www.cic.gc.ca/english/visit/biometrics.asp.
VFS Global yalnız görüş vaxtını təyin etmək məqsədi ilə ərizəçidən şəxsi məlumatlarları toplanyır. Bu səbəbdən ərizəçidən razılıq forması tələb ediləcək.
Biometrik məlumatlarınızın qəbul edilməsi ilə bağlı təcili müraciət etmək istəyirsinizsə, görüş vaxtının təcili qeydə alınması ilə bağlı tutarlı bir səbəb göstərməlisiniz. Bu səbəblərə rəsmi idarədən verilən nota və ya sənəd nümunə ola bilər.
Qeyd edək ki, nota Viza Müraciət Mərkəzində saxlanaılmayacaq, siz onu sadəcə göstərəcəksiniz. Bu sizin təcili biometrik məlumatlarınızın götürülməsini təmin edəcək, lakin IRCC-də ərizəyə baxış müddətinə təsir etməyəcək. Daha ətraflılı məlumat, sual və ya yardım üçün çağrı mərkəzinə müraciət edə bilərsiniz.
Kanada Hökuməti adından fəaliyyət göstərən CVAC müvəqqəti yaşayış kateqoriyalarına aid bütün növ müraciətləri (ziyarətçi vizası, təhsil və iş vizası), o cümlədən Kanadanın Azərbaycanda yaşayan daimi rezidentlərindən yol sənədlərinə dair müraciətləri qəbul edir.
CVAC həmçinin viza müraciətlərini, pasportları muvafiq qərarla birlikdə möhürlənmiş zərfdə müraciətçilərə geri qaytarır, həmçinin, Kanada Viza İdarəsi adından müsahibələrin vaxtının təyin edilməsində köməklik göstərir.
Mərkəzlə +994 12 538 57 44 nömrəsi və ya info.canbakiom@vfshelpline.com electron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.
Media Coverage