Xəbərlər
Local

Beynəlxalaq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb

Beynəlxalaq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb. Photo: IOM

Baku - Yanvarın 14-də BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov arasında görüş keçirilib.

Görüşdə iki qurumun miqrasiya sahəsində mövcud səmərəli əməkdaşlıq əlaqələri və birgə reallaşdırılan layihələrin gələcək perspektivləri müzakirə olunub.

Xidmət rəisi bu il Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Miqrasiya İcmalı Forumunda ölkəmizin “Çempion ölkə” kimi bu mühüm platformada fəal iştirakı üçün müvafiq tədbirlərin görülməsi istiqamətində işlərə başlanıldığını bildirib. Bundan əlavə hazırda miqrasiya sahəsinin müxtəlif aspektləri üzrə Azərbaycanın ən yaxşı təcrübələrini bölüşülməsində BMT-nin Miqrasiya Şəbəkəsi ilə əməkdaşlığın gücləndirilməsi, eləcə də “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın müxtəlif səviyyələrdə təşviqi isitqamətində də səylərin gücləndiriləcəyini vurğulayıb.

Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib və bunun region ölkələri arasında miqrasiya sahəsində əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində nəzərdə tutulan birgə fəaliyyətlərlə bağlı addımlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Media Coverage

SMS
AZERTAC
MX