-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqarsiya Təşkilatının Azərbaycan nümayəndəliyi ilə ANAMA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Fevralın 23-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional təhlükəsizlik mütəxəssisi Dominik Bollier ilə görüşüb.
Görüş zamanı Vüqar Süleymanov agentliyin yaradılması, məqsəd və vəzifələri, eləcə də Azərbaycanda mövcud mina təhlükəsi ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verilib.
Vladimir Qyorqiyev BMqT-nin Azərbaycandakı cari fəaliyyəti barədə məlumat verdi və BMqT-nin hazırda kəhrizlərin - ənənəvi su təchizatı sistemlərinin bərpasına xüsusi diqqət yetirdiyini bildirdi. O, BMqT-nin bu layihəsi çərçivəsində Cəbrayıl rayonunda yerləşən iki kəhriz bərpa edilməsinin planlaşdırıldığını qeyd etdi.
Görüşdə azad edilmiş ərazilərdə yerləşən kəhrizlərin mina və digər partlayıcı sursatlarla çirklənmə vəziyyətinin dəyərləndirilməsi, onların təhlükəsiz bərpası məqsədilə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi, minadan zərərçəkənlərə yardım və digər istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edildi.
Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi və ANAMA 2007-ci ildən mina partlayışından sağ çıxanlara yardımın göstərilməsi sahəsində əməkdaşlıq edir.
Hər iki təşkilat 2007-2012-ci illəri əhatə edən “Azərbaycanda Mina Qurbanları üçün Sosial-İqtisadi Reinteqrasiya Proqramı”nı uğurla həyata keçirib. Bu proqram çərçivəsində 190 mina qurbanı biznes və idarəetmə bacarıqları üzrə təlim keçib. Onlardan 140 nəfərə kiçik biznes təşəbüslərinə başlamaq və fəaliyyətlərini genişləndirmək üçün mikrokreditlər verilib.
2013-cü ildə BMqT və ANAMA arasında minaların təmizlənməsi, o cümlədən ehtiyatların məhv edilməsi, mina qurbanlarına yardım, mina riski ilə bağlı maarifləndirmə, təlim və təcrübə mübadiləsi kimi sahələrdə beynəlxalq və yerli əməkdaşlığı nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.