Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin Azərbaycandakı Miqrasiya üzrə Şəbəkəsinin Milli koordinasiya toplantısını keçirdi

Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin Azərbaycandakı Miqrasiya üzrə Şəbəkəsinin Milli koordinasiya toplantısını keçirdi. Photo: IOM

İyul ayının 17-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi BMT-nin Baş Katibinin təşəbbüsü ilə qəbul edilən və Azərbaycanın da qoşulduğu “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədinin uğurla həyata keçirilməsi məqsədilə BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin Azərbaycanda yaradılmasına həsr olunmuş onlayan Milli koordinasiya toplantısını keçirmişdir. Tədbirdə BMT-nin ölkədəki agentliklərini, Hökümət qurumlarını, diplomatic nümayəndəlikləri, ictimai və özəl təşkilatları təmsil edən 30-dan artıq iştirakçı qatılmışdır.

Giriş nitqində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üçün Qlobal Sazişin (GCM) effektiv icrasına dəstək vermək məqsədi ilə BMT İcraiyyə Komitəsinin 23 may 2018-ci il tarixli iclasında BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin yaradılması haqda qərar qəbul edildiyini qeyd etdi.

BMT-nin Azərbaycanda yaradılan Miqrasiya Şəbəkəsinə gəlincə, Vladimir Qyorqiyev bu təsisatın Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üçün Qlobal Sazişə və Dövlət Miqrasiya Strategiyasına uyğun olaraq, səmərəli miqrasiya idarəetməsini və miqrantların və icmaların hüquqlarının və rifahının qorunmasını dəstəkləyən mexanizmləri təşviq etmək məqsədilə Dövlət Miqrasiya Xidməti və bütün aidiyyəti hökumət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor və Azərbaycanda miqrasiya problemləri ilə məşğul olan digər qurumlarla sıx əməkdaşlıq edəcəyini bildirdi.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai öz çıxışında BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin yaradılmasının vacibliyini vurğuladı və bunun Azərbaycan hökümətinə Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyini həyata keçirməkdə, o cümlədən miqrasiyanı BMT-nin mövcud və yeni Dayanıqlı İnkişaf konseptlərinə daxil etməkdə dəstək verəcəyini qeyd etdi.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında şəbəkənin yaradılması ideyasını və BMqT və tərəfdaşlarının bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdi və bunun Azərbaycan Respublikasının da qoşulduğu Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üçün Qlobal Sazişdə əksini tapan məsələlərin daha da uğurla icra edilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Tədbirdə iştirak edən digər iştirakçılar şəbəkənin tezliklə Azərbaycanda qurulması üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bildirdilər.

Daha sonra BMT Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təkliflər verildi.

Media Coverage

REDAKTOR
APA
AZADLIG
DIALOG
AZPRESS

Video
REALTV