-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatı Goranboy rayonunda bərpa olunmuş karhızı yerli icmaya təhvil verdi
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Goranboy rayonunun Qaradağlı kəndi ərazisində yeləşən Karvansara kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verdi. Uzunluğu 1037 metr və 17 quyudan ibarət olan kəhriz cari layihə çərçivəsində bərpa edilmiş ən uzun kəhriz olmaqla 50 ailə təsərrüfatına məxsus 68 ha əkinə yararlı torpaq sahəsini suvarma suyu ilə təmin edəcəkdir. Bu da öz növbəsində kənd təsərrüfatında məhsuldarlığın artmasına və kənd əhalisinin gəlirlərinin artmasına töhvə verəcəkdir. Bundan əlavə Karvansara kəhriz suyunun laborator analizi təsdiq edir ki, bu kəhriz suyu içməli su kimi də istifadəyə yararlıdır.
Goranboy rayonun icra hakimiyyəti başçsının müavini Şamxal Həsənov kəhrizinlərini bərpasının rayon iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığını və hər bərpa olunub təhvil verilən kəhrizin rayon ərazsində məhsuldarlığın artımına töhvə verdiyini xüsusi vurğuladı: “Rayon əhalsinidə icra hakimiyyətinə olunan müraciətlərin demək olar ki, 80%-i su qıtlığı ilə bağlıdır. Hər bərpa olunan kəhriz belə müraciətlərin azalmasına gətirəcək və əhalinin öz torpaqlarından bol məhsul götürməsinə və rifahlarının yaxşılaşmasına töhvə verəcək”.
Qaradağlı kəndinin sakini Nəzakət Əliyeva kənd əhalisininin uzun müddət susuzluqdan əzziyyət çəkirdlərini və torpaqlarını əkib becərə bilmədiklərini qeyd etdi. “Budan sonra onlarla ailə öz torpaqalarından yararlana biləcək və dolanışıqlarını təmin edə biləcəklər”, deyə o bildirdi
Qaradağlı kənd icmasının sədri Səməndər Musayev Beynəxlaq Miqrasiya Təşkilatının kənd əhalisi üçün vacib bir iş gördüyünü vurğuladı. Bu ərazidə pay torpağı olduğunu qeyd edən icma sədri su olmadığından indiyədək ondan istifadə edə bilmədiyini dedi: “Artıq torpaqlarmızı əkmişik yaxın vaxtlarda məhsullu yığacağıq. Bizim üçün çox vacib bir iş gördülər və buna görə onlara çox minnətdarıq”.
Onun sözlərinə görə, layihə çərçivəsində icma üzvlərinin fəal iştirakı ilə yaradılan Su İstifadəçilər Birliyi ardıcıl təmir işləri ilə kəndin mühüm su mənbəyinin uzunmüddətli funksionallığını təmin edəcək.
BMqT-nin Azərbaycan nümayəndəliyi KOICA-nın dəstəklədiyi layihə çərçivəsində indiyədək Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Göygöl, Qazax və Şəmkir rayonları ərazisində 30 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Ümumilikdə, layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə (DİM 1) birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması (DİM 5), ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir (DİM 6). Layihə, həmçinin təhlükəsiz və qanuni miqrasiya və mobilliyin asanlaşdırılmasına yönəlmiş 10.7 saylı hədəfə də dəstək verir.