Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatı və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib

Beynəlxalq Miqrasiya Təşkilatı və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Photo: IOM

Aprelin 22-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Vüqar Məmmədov arasında onlayn görüş keçirildi.

Görüşdə bir sıra mövzular, o cümlədən koronavirus pandemiyası zamanı dünyada mövcud vəziyyət, koronavirusun yayılması ilə əlaqədar xaricdəki azərbaycanlıların qarşılaşdığı iqtisadi və sosial məsələlər, Azərbaycan hökumətinin və Dövlət Komitəsinin Azərbaycan diasporunu dəstəkləməsi yolları müzakirə edildi. Covid-19 böhranı və böhrandan sonrakı dövrdə ikitərəfli əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparıldı. Dünyadakı BMqT missiyaları vasitəsi ilə Azərbaycan icmalarının bir araya gətirilməsinin vacibliyi də vurğulandı.

Bundan əlavə, 29 aprel tarixində BMqT Nümayəndəliyinin rəhbərinin Azərbaycan Diaspor Gəncləri üçün onlayn təqdimat keçirməsi razılaşdırıldı.

Vladimir Qiorqiyev hazırda sərhədlərdə ilişib qalmış, işlərini itirən və COVID-19 pandemiyasının nəticələrinə görə bir çox digər problemlərlə üzləşən azərbaycanlılara kömək etməyin vacibliyini vurğuladı. O, Komitənin BMqT-nin təşkil etdiyi Qlobal Miqrasiya Film Festivalında iştirakını dəstəkləməyə, həmçinin Diaspor Gənclər Yay Düşərgəsi 2020 ilə əlaqədar olaraq BMqT tərəfindən lazımi dialoqu təmin etməyə və dəstək verməyə hazır olduğunu bildirdi.

Hər iki tərəf karantin rejimi bitdikdən sonra bütün əlaqədar işlərin davam etdiriləcəyini vurğuladı.