Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatı və Dövlət Məşğulluq Agentliyi əməkdaşlıq perspektivləri müzakirə edib

Beynəlxalq Miqrasiya Təşkilatı və Dövlət Məşğulluq Agentliyi əməkdaşlıq perspektivləri müzakirə edib. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı və Dövlət Məşğulluq Agentliyi əməkdaşlıq perspektivləri müzakirə edib. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı və Dövlət Məşğulluq Agentliyi əməkdaşlıq perspektivləri müzakirə edib. Photo: IOM

5 may tarixində BMqT-nin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi ilə görüşüblər.

Agentliyinin sədri Mustafa Abbasbəyli rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri və hazırda reallaşdırılan layihələr barədə görüş iştirakçılarına məlumat verib. Agentliyin bir sıra yeniliklərə imza atdığını qeyd edən sədr rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyən edildiyini diqqətə çatdırıb.

Beynəlxalq Miqrasiya Təşkilatının hökumətlərə və miqrantlara, o cümlədən məcburi köçkünlərin, qaçqınların və əməkçi miqrantların miqrasiyasına dair xidmətlər və məsləhətlər verən hökumətlərarası təşkilat olduğunu deyən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev təmsil etdiyi qurumun Azərbaycanda müxtəlif sahələrdə layihələri uğurla icra etdiyini bildirdi.

Qyorqiyev hazırda Azərbaycanın qərb bölgəsində Kəhrizlərin Bərpası layihəsinin və Belçika, Fransa, Niderlanddan qayıtmış Azərbaycan vətəndaşlarına reinteqrasiyaya yardım göstərən AVRR proqramının (Assisted Voluntary Return and Reintegration – Könüllü Qayıdış və Reinteqrasiya Dəstəyi) həyata keçirildiyini qeyd edib.

Görüşdə hər iki layihə çərçivəsində iki qurum arasında əməkdaşlıq perspektivləri, ölkəyə qayıdan Azərbaycan vətəndaşları üçün özünüməşğulluq imkanları, Kəhrizlərin Bərpası layihəsi çərçivəsində keçmiş məcburi köçkünlərin aktiv məşğulluq tədbirlərinə cəlbi imkanları müzakirə edilib.

Media Coverage

OLAYLAR
NEWSCENTER
AZERTAC
XEBERMEDIA
SEA