Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi 10 müxtəlif bölgədən olan gənclər üçün maliyyə savadlılığı üzrə onlayn təlim keçirir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi 10 müxtəlif bölgədən olan gənclər üçün maliyyə savadlılığı üzrə onlayn təlim keçirir. Photo: IOM

BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində 10 müxtəlif regiondan olan gənclər üçün dörd həftəlik intensiv onlayn biznes və maliyyə savadlılığı təlimlərinə başlayıb.

18 iyun – 18 iyul tarixləri aralığını əhatə edən təlimin məqsədi gənclərin idarəetmə bacarıqları və maliyyə savadlılığını artırmaqdır. İştirakçıların əksəriyyəti paytaxtdan kənar bölgələrdə Gənclər Evləri və Karyera İnkişaf Mərkəzləri ilə əlaqəli gənclərdir. Təlim iqtisadiyyat, maliyyə və idarəetmə uçotu və biznesin idarə edilməsi əsasları üzrə əsas nəzəri və təcrübi bilikləri əhatə edəcəkdir.

Təlim ilə bağlı bütün xərclər layihə çərçivəsində qarşılanır. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Media Coverage

AZERTAC
YENIGUNDEM
AZERFORUM
FINANCETIME
AQREQATOR
NEWSLEPORTALE