-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi 2023-cü ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərmişdir
BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam etmişdir. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.
2023-cü ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1,367 Azərbaycan vətəndaşı könüllü olaraq Azərbaycana qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Hollandiya (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olmuşdur.
Cari ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərmişdir.
Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirmiş, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə qeyri-nağd şəklində yardım alıb. Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib.
KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilir. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmuşlar.
2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb.
Hökumət və qeyri-hökumət qurumlarınan olan maraqlı tərəflər, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə BMqT KQYR proqramları üzrə təcrübə və əhatə dairəsini artıraraq, bir çox illər ərzində 1,6 milyondan çox insana effektiv köməklik göstərmişdir.
KQYR layihələri təhlükəsiz, nizamlı və qanuni miqrasiya prinsiplərinə uyğundur, miqrantların insan hüquqlarını qoruyur və müntəzəm miqrasiya strukturlarının və sığınacaq sistemlərinin bütövlüyünə töhfə verir.
Reinteqrasiya yardımı Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin, xüsusilə də təhlükəsiz və məsuliyyətli miqrasiyanın asanlaşdırılmasına yönəlmiş 10.7 hədəfinin həyata keçirilməsinə birbaşa töhfə verir. O, həmçinin Gündəliyin 10.2, 17.9 və 17.17 saylı hədəflərinə də töhfə verir.
KQYR layihələri həmçinin Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Sazişlə, xüsusən də təhlükəsiz və layiqli qayıdış, readmissiya və davamlı reinteqrasiyanı asanlaşdırmaqda əməkdaşlığı vurğulayan 21 saylı Məqsədə uyğun gəlir. O, həmçinin 1, 3, 4, 7, 12 və 13-cü məqsədləri dəstəkləyir.
Media
APA
FINANCETIME
REPORT
YENISABAH
AZPOLITIKA
QANUNLA
AZTIME
DAYAZ
QHT
INSANOID
İn English
REPORT
CALIBER
AZERBAICAN24