-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi FİNTEX Sammitində iştirak edib
BMqT-nin Azərbaycan nümayəndəliyi 13-14 iyun tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilən “FİNTEX SAMMİT 2023” Maliyyə və Texnologiyalar Sərgisində təmsil olunmuşdur.
BMqT-nin Azərbaycan nümayəndəliyinin layihə köməkçisi Məhəmməd İbrahimov iştirakçılara “Azərbaycanda Pul Köçürmələrinin Sosial-İqtisadi Təsirlərinin Artırılması” layihəsi çərçivəsində hazırlanmış pul köçürmələri sahəsində rəqəmsallaşmanın gücləndirilməsi üçün yol xəritəsinin layihəsində yer almış fintexlərin fəaliyyətinin artırılmasına dair təklif barədə məlumat vermişdir. Bununla yanaşı, BMqT-nin stendində paylanılan pul köçürmələri üzrə qiymətləndirmə hesabatı böyük maraqla qarşılanmışdır. Pul köçürmələri ilə bağlı hökumətin siyasəti, strategiya və qaydalarının, habelə rəqəmsal pul köçürmələri ilə əlaqədar mövcud infrastruktur, texnologiya və modellərin qiymətləndirilməsini, eləcə də rəqəmsal pul köçürmələrinin və bununla bağlı maliyyə xidmətlərinin artırılması barədə təklifləri ehtiva edən bu hesabat İnternet keçidi üzərindən də əldə oluna bilər.
Qeyd edək ki, forumda ABŞ, Türkiyə, Avropa İttifaqı, MDB, Yaxın Şərq və digər ölkələrdən olan dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, beynəlxalq maliyyə institutları və qeyri-hökumət təşkilatlarının 1200-dən artıq nümayəndəsi iştirak edir.
Adıçəkilən iki illik layihənin əsas məqsədi Azərbaycanlı emiqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.