Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri qurbanları üçün bizesin əsasları təlimlərinə başlayıb

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri qurbanları üçün bizesin əsasları təlimlərinə başlayıb. Photo: IOM

BMqT-nin Azərbaycan nümayəndəliyi Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindın maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə Fəaliyyəti” layihısi çərçivəsində Bakı və Gəncə şəhərlərində bizesin əsaslarına dair təlimlər keçirib. Layihənin əsas məqsədi insan alverinə qarşı mübarizədə Azərbaycan höküməti və vətəndaş cəmiyyəti təşkilatlarına potensial və mövcud insan alveri, həmçinin məcburi əməyin qurbanlarının müdafiəsini təkmilləşdirmək üçün yardım göstərməkdir.

Təlimlərdə Bakıda yerləşən “Təmiz Dünya” İctimai Birliyi və Gəncədə yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinə aid insan alverinin mövcud və potensial və məişət zorakılığı qurbanları arasından seçilmiş xanımlar iştirakçı iştirak ediblər. Təlim zamanı iştirakçılar əsas biznes konsepsiyası, kiçik biznesin aparılması, marketinq strategiyası, biznes planlarının tərtib edilməsi ilə tanış olacaq, öz maraq və ideyalarına əsaslanaraq biznes planlarını tərtib etməyi öyrənəcəklər. Təlimdən sonra, təlimçi tərəfindən qiymətləndirilən potensial biznes planları qurbanların cəmiyyətə inteqrasiyasını dəstəkləyəcək əlavə qrantla mükafatlandırılacaqdır.

Ümumiyyətlə, “İnsan Alverinə Qarşı Mübarizə (C-TIP) Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.