-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri və gender əsaslı zorakılıq qurbanlarına dəstək sahəsində təlimləri uğurla başa vurdu
28 fevral - 26 may 2023-cü il tarixləri arasında ABŞ İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən BMqT-nin İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət layihəsi çərçivəsində təşkil olunmuş Liderlik, Kompüter savadlılığı və Əsas mühasibatlıq təlim kurslarından ümumilikdə 30 qadın faydalanmışdır. Bu təlimlər Sumqayıt Qadın Resurs Mərkəzində BMT-nin İnkişaf Proqramı ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur. Məqsəd cəmiyyətin həssas qruplarından olan qadınları təhlükəsiz və sabit iş tapmaq imkanı verən rəqəmsal və qeyri-texniki bacarıqlarını təkmilləşdirməkdir.
Rəqəmsal və mühasibat bacarıqları bu gün məşğulluq bazarında, xüsusən də natamam təhsilli və ya təhsildən yayınmış qadınlar üçün vacib tələblərdən biridir. 48 saatlıq kompüter təlimlərində 18 benefisiar elektron poçtdan istifadə, informasiya axtarışı, Word, MS Excel və MS Power Point proqramları vasitəsilə sənədlər, cədvəllər və təqdimatlar yaratmağı öyrəndilər.
Mühasibatlıq kursunu bitirmiş benefisiarlardan biri olan Könül təlimlərin onun gələcəkdə iş tapmaqda kömək olacağına əmindir: “Hazırda işsizəm, amma peşəkar olaraq inkişaf etmək istəyirəm. İnanıram ki, mühasibat uçotu kursu zamanı əldə etdiyim pul vəsaitlərinin uçotu, gəlir və xərclər üzrə biliklər şəxsi maliyyəmi düzgün şəkildə idarə etməyə kömək edəcək. Artıq mühasibatlıq üzrə peşəkar sertifikatlaşdırma proqramlarından birinə yazılmağı düşünürəm ki, bu da mənə iş axtarışlarımda üstünlük qazandıracaq”.
Ümumilikdə 30 benefisiar iş yerində və gündəlik həyatda liderlik bacarıqlarının əhəmiyyəti, effektiv ünsiyyət qurmaq, münaqişələri idarə etmək və danışıqlar aparmaq üsulları kimi mövzuları əhatə edən 32 saatlıq Liderlik bacarıqları təlimində iştirak etmişdir. “Bu kursun ilk günlərindən necə dəyişdiyimi görürəm. İndi öz fikrimi ifadə edəndə, özümü təqdim edəndə daha inamlı hiss edirəm”, – deyə fikirlərini bölüşən Yeganə xanım təşkil olunan ödənişsiz kurslara görə minnətdarlığını bildirib.
BMqT tərəfindən 2015-ci ildən etibarən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.