Xəbərlər
Local

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi mövcüd və potensial insan alveri qurbanlarına yardım göstərən xidmət təminatçıları üçün iki günlük təlimi uğurla başa vurdu

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi mövcüd və potensial insan alveri qurbanlarına yardım göstərən xidmət təminatçıları üçün iki günlük təlimi uğurla başa vurdu. Photo: IOM

Baku - Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Insan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində 5-6 iyul tarixlərində Bakı, Sumqayıt və Gəncədəki sığınacaq və bərpa mərkəzlərində mövcüd və potensial insan alveri qurbanlarına yardım göstərən xidmət təminatçıları üçün Təhlükəsizlik, Mühafizə və Fövqəladə hallar mövzusunda təlim təşkil edib.

Təlimdə Daxili İşlər Nazirliyi, İctimai Birliklərin sığınacaqlarının və Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Qurbanlara Yardım Mərkəzindən 22 xidmət təminatçısı iştirak etmişdir. Sığınacaq işçilərinin bacarıqlarını daha da gücləndirmək üçün təlim kursu iştirakçıları sığınacaqlarda sağlamlıq və təhlükəsizlik təcrübələri ilə yaxından tanış etmək və tətbiq etmək üçün bilik, bacarıq və səriştə ilə təchiz etmək məqsədi ilə keçirilmişdir. Təlim zamanı iştirakçılar yanğın təhlükəsizliyi, ilkin yardım, təxliyyə prosedurları, ətraf mühitin mühafizəsi, elektrik təhlükəsizliyi, təhlükəli davranışlar və fövqəladə hallarda görüləcək tədbirlər kimi mövzularda nəzəri və təcrübi biliklər əldə etdilər.

BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Media Coverage

NEWSCENTER
NEZERMEDIA
TEZADLAR