Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi münaqişədən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi ilə bağlı layihəninin icrasını müvəffəqiyətlə yekunlaşdırdı

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi münaqişədən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi ilə bağlı layihəninin icrasını müvəffəqiyətlə yekunlaşdırdı. Photo: IOM

İyun 2021-ci il və yanvar 2022-ci il tarixləri aralığında BMqT Azərbaycan Avropa Komissiyasının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi tərəfindən maliyyəşən münaqişədən zərər çəkmiş həssas şəxslərə humanitar yardım verməyi hədəfləyən layihənin icrasını həyata keçirirdi. BMQ Azərbaycan münaqişədən zərar çəkmiş ən həssas qrupa daxil olan 1500 müvəqqəti köçkün ailəsinə çoxməqsədli pul yardımı göstərilməklə Azərbaycanın münaqişədən zərər çəkmiş rayonlarında yaşayan həssas əhalinin mühüm humanitar ehtiyaclarının təmin olunmasına və davamlılığının artırılmasına töhfə verib. Bundan əlavə, yardım almış ən çox zərər çəkmiş və həssas vəziyyətdə olan 1500 ailədən 330-u nağd yardımın ikinci tranşını alıb. Yardım Ağdam, Ağcabədi, Bərdə, Tərtər və digər münaqişədən zərər çəkmiş rayonlarda yaşayan və münaqişədən zərər çəkmiş şəxsləri əhatə edirdi. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilirdi. BMqT-nin layihə əməkdaşları rayon icra hakimiyyəti tərəfindən layihəyə dəstək məqsədilə təqdim olunmuş və Quzanlıda yerləşən ofisdə yardım göstəriləcək ailələrlə BMqT tərəfindən hazırlanmış həssaslığın qiymətləndirilməsi meyarlarına əsasən sorğular həyata keçirirdi.